Moskva Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mümkün danışıqlarla bağlı mövqeyini yumşaldıb, bu barədə “CNN Türk” mənbələri məlumat yayıb.
Telekanalın həmsöhbətlərinin sözlərinə görə, əgər əvvəllər Rusiya sammit danışıqlarından öncə Moskva və Kiyev nümayəndə heyətlərinin “yol xəritəsi” hazırlamalı olduğunu deyirdisə, onun birbaşa prezidentlərin görüşündə müzakirəsini mümkün hesab edir.
Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
“Yol xəritəsi” üzərində razılığa gəlmək üçün üst səviyyəli danışıqların mümkün olduğuna dair məlumatı Putin, avqustun 5-də Soçidə keçirilən danışıqlarda Ərdoğana açıqlayıb.