2 C
Baku
Saturday, December 14, 2024

Rusiya qazın ixracını artıra bilər

Rusiya Enerji Agentliyinin (REA) xaricə qaz tədarükü ilə bağlı vəziyyətin inkişafı üçün hədəf ssenarisi 2030-cu ilə qədər Rusiyadan “mavi yanacağın” ixracının ümumi həcminin 5.6% – 265 mlrd. kubmetrə qədər artacağını göstərir.

Mənfi ssenariyə görə, xaricə tədarükün həcmi 167 mlrd. kubmetrə qədər azala bilər.

Məlumata görə, 2021-ci ildə Rusiya 251 mlrd. kubmetr qaz ixrac edib ki, bunun da 210 mlrd. kubmetri boru kəmərləri ilə, 41 milyard kubmetri (29.7 milyon ton) isə mayeləşdirilmiş təbii qaz (LNG) formasında ixraca yönəldilib.

REA-nın hər iki ssenarisi boru kəməri ilə qaz tədarükünün azaldılmasını nəzərdə tutur. Hədəf ssenarisi 26.2%, mənfi – iki dəfə azalmanı nəzərdə tutur.

Hədəf ssenariyə görə, Türkiyə də daxil olmaqla, Avropaya boru kəməri qazının ixracı 2030-cu ilə üçün 78% azalaraq, keçən ilki 165 milyard kubmetrə qarşı 36 milyarda düşəcək. Eyni zamanda, hədəf ssenariyə əsasən, təqribən 78 milyard kubmetr boru kəməri qazının tədarükü Avropadan Asiyaya yönləndiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər