Rusiya qoşunları Finlandiya ilə sərhəddə yerləşdiriləcək.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına və “RİA Novosti” agentliyinə müsahibəsində deyib.
O, Finlandiyanın NATO-ya daxil olmasını mənasız hesab etdiyini bildirib.
V.Putin Alyansın Helsinkiyə niyə lazım olduğunu başa düşmədiyini qeyd edib.
“Əvvəllər bizim münasibətlərimiz çox yaxşı olub. Amma indi vəziyyət dəyişəcək”, – Rusiya lideri söyləyib.
Qeyd edək ki, Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olub.