10 C
Baku
Thursday, December 26, 2024

“Rusiya referendumun baş tutmasına icazə versə, Ukrayna bütün danışıqlardan imtina edəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkənin cənub ərazilərində referendum keçirməsi ehtimalını şərh edib.

Zelenski bu barədə xalqa müraciəti zamanı danışıb.

O qeyd edib ki, Rusiya referendumun baş tutmasına icazə verərsə, Ukrayna bütün danışıqlardan imtina edəcək.

“Əgər işğalçılar psevdoreferendum etsələr, o zaman Ukrayna və azad dünya ilə danışıqlar imkanlarını bağlayacaqlar”, – deyə Zelenski bildirib.

Prezident onu da qeyd edib ki, indi əsas məsələ silah tədarüküdür.

“Hər gün cəbhə xəttinə daha güclü və uzaq mənzilli sistemlər göndərmək üçün silah təchizatını artırmağa çalışırıq”, – deyə o əlavə edib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər