10 C
Baku
Thursday, December 12, 2024

Rusiya reyslərinə yalnız mobil tətbiqi yükləyənlər buraxılacaq

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2021-ci ilin sentyabrın 1-dən Rusiya istiqamətində səyahət planlaşdıran sərnişinlərə mürcaiət edib.

Bu barədə məlumatı AZAL yayıb.

Bildirilir ki, Azərbaycan vətəndaşlarına Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almaq lazımdır ki, sentyabrın 1-dən etibarən yalnız “Путешествую без COVID-19” mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaq.

 

“Bundan əlavə, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır. Test məlumatları, qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq. Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrimizdə yayımlanacaq”, – məlumatda deyilir.

 

 

Son xəbərlər
Digər xəbərlər