Rusiyanın Kişineudakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə nazirliyin teleqram kanalında məlumat verilib.
Buna səbəb martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlardır.
“Rusiya diplomatı Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq”, – paylaşımda bildirilib.