7 C
Baku
Sunday, December 15, 2024

Rusiya sabit məzənnə rejiminə keçə bilər

Rublun məzənnəsinin stabilləşməsi məqsədi ilə Rusiya Bankı (Mərkəzi Bank) sabit məzənnə rejiminə keçə bilər. “TASS” agentliyi xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin müşaviri, akademik Sergey Qlazyev çıxış edib.

Akademikin sözlərinə görə, Mərkəzi Bankın əsas vəzifəsi milli valyutanın sabitliyini qoruyub saxlamaqdır: “Rublun dondurulması mümkün variantlardan biridir. Lakin, sabit məzənnəyə keçid üçün rəqabətqabiliyyətliliyi təmin edən səviyyə müəyyən edilməlidir”.

S.Qlazyev həmçinin bildirib ki, Rusiyanın pul-kredit siyasəti maliyyə spekulyatorları üçün münbit şərait yaradır. Xatırladaq ki, Rusiya Bankının rəhbəri Elvira Nabiullina dəfələrlə hökumətin “üzən məzənnə” rejimi siyasətini dəstəklədiyini qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər