9 C
Baku
Thursday, December 12, 2024

Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 170 min nəfər artıb

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat səviyyəsinin müəyyən edilməsi haqqında” fərman imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Rusiya Müdafiə Nazirliyi isə fərmanının təfərrüatlarını açıqlayıb.

Belə ki, fərmana əsasən, Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat vahidi 2 milyon 209 min 130 nəfərə qədər artırılıb.

Onlardan 1 milyon 320 mini hərbçidir.

Bu, rəqəm əvvəlkindən 170 min nəfər çoxdur.

Sayın artması müqavilə əsasında hərbi xidmət keçmək arzusunda olan vətəndaşların hesabına baş verib.

Bildirilib ki, vətəndaşların müddətli hərbi xidmətə çağırışının əhəmiyyətli dərəcədə artırılması, səfərbərlik nəzərdə tutulmur.

Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayının artması Rusiya Federasiyasına xüsusi hərbi əməliyyatlarla bağlı təhdidlərin çoxalması və NATO-nun davam edən genişlənməsi ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər