15 C
Baku
Friday, March 29, 2024

Rusiya “Şimal axını-2”nin zədələnməmiş xətti ilə qaz tədarükünə hazırdır

Rusiya “Şimal axını 2” boru kəmərinin zədələnməmiş xətti vasitəsilə qaz tədarük etməyə hazırdır.

Bunu Rusiya baş nazirin müavini Aleksandr Novak bildirib.

Qeyd edək ki, daha əvvəl “Qazprom” şirkəti məlumat yayaraq bildirib ki, sızmalardan sonra kəmərin A xəttində təzyiq sabitləşib, B xəttində isə təzyiqin azaldılması istiqamətində iş aparılır.

Şirkətdən o da bildirilib ki, B xəttində “tədarükün başlanmasına dair qərar” verildiyi halda qaz yoxlamadan sonra boru kəmərinə vurula bilər.

 

 

Son xəbərlər
Digər xəbərlər