10 C
Baku
Thursday, December 12, 2024

Rusiya şirkətlərinin nümayəndələri Avropa Parlamentinə buraxılmayacaq

“Rusiya şirkətlərinin nümayəndələrinə artıq Avropa Parlamentinin binalarına daxil olmağa icazə verilmir”.

Banker.az xəbər verir ki, bunu Avropa Parlamentinin Prezidenti Roberta Metsola “Twitter“də bildirib.

O qeyd edib ki, bu qərar dərhal qüvvəyə minir.

“Biz onlara Ukraynanın işğalı ilə bağlı təbliğat, yalan, zəhərli fikirlərini yaymaq üçün heç bir yer verməməliyik. Biz avtokratlara qarşı həmrəy və güclü olacağıq”, – Avropa Parlamentinin Prezidenti deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər