10 C
Baku
Friday, December 13, 2024

“Rusiya sülhməramlıları Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır”

“ABŞ və Avropa İttifaqı (Aİ) qeyri-sabitlik yaydığı halda, Qarabağdakı Rusiya sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına kömək etməyə hazırdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Qlobal siyasətdə Rusiya” jurnalında dərc olunan “BMT Nizamnaməsinin prinsiplərinə bütövlükdə uyğunluq, qarşılıqlı əlaqə – beynəlxalq sülh və sabitliyin rəhnidir” məqaləsində bildirib.

“İndi Brüssel öz geosiyasi ambisiyalarını Azərbaycan və Ermənistan arasında vasitəçilik xidmətləri adı altında gizlədir. Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına səbəb olur”, – o qeyd edib.

S.Lavrov vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan liderləri qarşılıqlı tanınma məsələsini öz aralarında həll ediblər: “İki ölkənin suverenliyi baxımından dinc həyat qurmağın, etimadın yaradılmasının vaxtı çatıb. Rusiya sülhməramlı kontingenti bu istiqamətdə hər cür töhfə verməyə hazırdır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər