Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev martın 15-də Çeçenistan Respublikasının paytaxtı Qroznıya səfər edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşın bildirib.
Onun sözlərinə görə, N.Patruşev Şimalı Qafqaz federal dairəsində milli təhlükəsizliyin təmin olunması üzrə müşavirə keçirəcək: “İqtisadi təhlükəsizliyin təmin edilməsi, beynəlxalq ekstremist və terror təşkilatlarına qarşı mübarizə üzrə əlavə tədbirlər, o cümlədən əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üzrə tədbirlərin təşkili, həyata keçirilməsinin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır”.
Mətbuat katibi bildirib ki, müşavirədə Rusiya Prezidentinin Şimali Qafqaz Federativ Dairəsi üzrə nümayəndəsi Yuri Çayka, regionların başçıları, federal nazirlər və idarə rəhbərləri iştikar edəcək.