11 C
Baku
Wednesday, December 11, 2024

Rusiya taxıl müqaviləsinə alternativ üzərində işləyir

Rusiya ehtiyacı olan ölkələrə ərzaq çatdırmaq üçün öz tərəfdaşları ilə Qara Dəniz Taxıl Təşəbbüsünə alternativlər üzərində işləyir. Bu barədə Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “IHA” agentliyinə müsahibəsində bildirib.

“Qara Dəniz Təşəbbüsü heç bir halda Afrika və digər ölkələrin ərzaq ehtiyaclarını ödəmək üçün panaseya deyil, alternativlər var və onlar tərəfdaşlarımızla təmasda fəal şəkildə araşdırılır”, – səfir deyib.

Xatırladaq ki, iyulun 17-də Rusiya Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracını və Rusiyadan kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı üçün şəraitin yaradılmasını nəzərdə tutan bir il əvvəl bağlanmış taxıl sazişində iştirakını davam etdirməkdən imtina edib.

Son xəbərlər
Digər xəbərlər