Rusiya qaz qovşağının (qaz satışı mərkəzinin – red.) yaradılması üçün yol xəritəsi hazırlayıb Türkiyəyə göndərib, Türkiyə bunu nəzərdən keçirir.
Bunu “RT Arabik”ə müsahibəsində Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
“Hazırda bu layihə müzakirə mərhələsindədir, yol xəritəsi hazırlanıb və türkiyəli tərəfdaşlara göndərilib. Hazırda onlar bunu nəzərdən keçirirlər. İmzalanan kimi tədbirlər planına uyğun olaraq həyata keçiriləcək”, – Aleksandr Novak bildirib.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Qara dənizin dibi ilə Rusiya Federasiyasından Türkiyəyə əlavə qaz kəmərlərinin çəkilməsi, eləcə də Avropa İttifaqının sərhədində Avropada qazın qiymətinin müəyyən edilməsi üçün digər mərkəzlərə alternativ ola biləcək qaz qovşağının yaradılması təşəbbüsü ilə çıxış edib.