Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 11%-dən 9.5%-dək endirib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Göstəriciyə yenidən baxılmasına səbəb inflyasiyanın ləngiməsinin daha sürətlə baş verməsi, iqtisadi aktivliyin azalmasının isə Mərkəzi Bankın əvvəllər gözlədiyindən daha kiçik miqyasda olması olub.
Bildirilir ki, tənzimləyici 2022-ci il üçün inflyasiya proqnozunu 14-17%-ə (18-23%-dən) endirib, 2023-cü ildə onun 5-7%-ə, 2024-cü ilə qədər isə 4%-ə qayıdacağını gözləyir.
Xatırladaq ki, fevralın 28-də Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 9.5%-dən 20%-ə qaldırıb. Aprelin 8-də tənzimləyici uçot dərəcəsini 17%-ə endirib, aprelin 29-da isə göstəricinin dəyərini yenidən korrektə edərək 14%-ə endirib. Bu, qiymət artımının hazırkı sürətinin yavaşlaması, rublun möhkəmlənməsi və istehlak aktivliyinin azalması ilə bağlı olub.