Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisində kütləvi raket hücumuna başlayıb.
Bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, Kremençuqda, Poltava və Sumı vilayətlərində partlayış səsləri eşidilib.
Əraziyə təcili yardım maşınları gedib.
Sözügedən ərazilərdə hava xəbərdarlığı elan edilib.
Hücumların nəticələri barədə hələ ki, məlumat yoxdur.