8 C
Baku
Friday, December 13, 2024

Rusiya-Ukrayna gərginliyi fonunda neftin qiyməti $100-ə çatır

Brent markalı xam neftin bir barreli bir qədər bahalaşaraq 98 dollara çatmaqla 2014-cü ilin sentyabrından bu tərəfə maksimumlardır.

Banker.az xəbər verir ki, Brent ICE birjasında hər barreli 3.33 dollar, yaxud 3.49% bahalaşmaqla 98.72 dollar təşkil edib.

WTI-nin barreli isə ICE birjasında 3.94 dollar, yaxud 4.33% bahalaşmaqla 95.01 dollar təşkil edib.

“Fitch Ratings” Beynəlxalq Agentliyinin təbii ehtiyatlar və xammal qrupunun baş direktoru Dmitriy Marinçenko  deyib ki, yəqin ki, hazırda neftin qiymətindəki geosiyasi amilin payı 15 dollara yaxındır.

“Bundan sonra gərginlik artmasa, sanksiyalar minimum həddə olsa və neft-qaz sektoruna şamil olmasa, münaqişə dondurulsa, həmin rəqəm sıfırlanacaq. Əksinə, gərginlik bundan sonra artsa və nəticədə Rusiyanın neft sənayesinə qarşı sanksiyalar tətbiq edilsə, neftin qiyməti 100 dollar həddini xeyli keçə bilər. Bu halda enerji böhranın da başlaması istisna edilməyib”, – o deyib.

Qeyd edək ki, Rusiya ötən gün Ukraynadan ayrılan iki qondarma respublikanın müstəqilliyini tanımaqla iki qonşu ölkə arasındakı gərginliyi bir qədər də kəskinləşdirdi. Bunun fonunda Qərbin RF-yə sanksiya tətbiq edəcəyi və enerji daşıyıcılarla bağlı ticarət zəncirində ciddi təsir edə biləcəyi ehtimalını yaradıb.

Son xəbərlər
Digər xəbərlər