17 C
Baku
Monday, April 29, 2024

“Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadiyyata 2.8 trilyon dollara başa gələcək”

Ukraynadakı müharibə gələn ilin sonuna qədər dünya iqtisadiyyatına 2,8 trilyon dollara başa gələcək.

Bu barədə “The Wall Street Journal”da bildirilib.

Nəşr yazıb ki, Ukraynadakı müharibə enerji daşıyıcılarının qiymətlərində sıçrayışa səbəb olub, bu isə ev təsərrüfatlarının gəlirlərinin azalmasına gətirib çıxarıb və biznes ictimaiyyətinin etimadını sarsıdıb: “Müharibə tədarük zəncirlərini pozub, ərzaq və ilkin təlbat mallarının çatışmazlığına səbəb olub.

Qərb ehtiyat edir ki, Rusiya Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərlik elan olunması haqqında fərmanı və Ukraynanın işğal olunmuş ərazilərində “referendumların” keçirilməsi müharibənin aylarla, hətta illərlə uzanmasına gətirib çıxara bilər”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər