22:54 – Ukrayna ordusu: Belarus hərbçiləri Ukraynaya hücum əmri alıb.
22:03 – ABŞ Peskov daxil olmaqla 66 nəfəri “qara siyahı”ya salıb.
22:01 – Britaniya rusiyalı milyarder, “VEB.RF” dövlət korporasiyasının sədri İqor Şuvalova qarşı sanksiyalar qarşı sanksiya tətbiq edib
21:29 – Zelenski Avropa İttifaqına çağırış edib: “Gücünüz yoxdursa, mənə təyyarələr verin”
21:11 – Rusiyanın “Dojd” telekanalı fəaliyyətini dayandırıb
20:40 –Rusiya və Ukrayna arasında danışıqlar başa çatdı
Tərəflər müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər.
Yaxın günlərdə üçüncü dəfə görüş olacaq
20:55 -Zelenski: “Müharibəni dayandırmaq üçün Rusiya Prezidenti Vladimir Putinlə dialoq vacibdir”
20:23 -ABŞ Dövlət katibinin müşaviri bildirib ki, -“Əgər Putin Ukraynadan qoşunları çıxarmağa hazırdırsa, ABŞ da danışıqlara hazırdır”
18:59 -Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu başlayıb
18:30 -Kanada Rusiya və Belarusu ticarətdə ən əlverişli ölkə statusundan məhrum edəcək
Həmçinin bu ölkələrdən ixraca 35% rüsum tətbiq edəcək
17:57 – Reuters bildirir ki, Estoniyaya məxsus “Helt” yük gəmisi Ukraynanın Odessa şəhərindəki limanın yaxınlığında partlayış sonrası batıb.
17:52 – AİİB Rusiya və Belarusda layihələrin maliyyələşdirilməsini dayandırıb
17:40 – Ukrayna Ali Radası Rusiyanın Ukraynadakı əmlakının məcburi müsadirə edilməsi haqqında qanun qəbul edib.
17:14 – Rusiya Mərkəzi Bankı növbəti üç ayda valyuta ehtiyatlarından istifadə edəcək. Fevralın 25-nədək olan məlumata görə bu $643.2 milyarddır.
16:56 – V.Putin Makrona davam edən raket hücumları və Kiyev və Ukraynanın digər şəhərlərinin bombalanması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını, bunların Rusiya əleyhinə dezinformasiya kampaniyasının elementləri olduğunu söyləyib.
16:56 – Sankt-Peterburq birjası “SPB Exchange” 2022-ci il martın 3-də Moskva vaxtı ilə saat 17:00-da ticarətə başlayacaq.
16:48 – Ukraynaın bu şəhərlərində həyəcan siqnalı verilir:
-
-
- Xarkov
- Jitomir
- Vinnitsa
- Sumi
-
16:46 – Yaponiya hökuməti Rusiya oliqarxlarının bank hesablarını dondurub.
16:34 – Ukrayna Milli Bankı uçot dərəcəsinin dəyişməyərək 10% səviyyəsində qalacağını açıqlayıb.
16:27 – Volkswagen Qrupu Rusiyada avtomobil istehsalını dayandırmaq qərarına gəlib. Avtomobillərin Rusiyaya ixracı da dayandırılıb.
Kiyevin Petropavlivska Borşçahivka rayonu pic.twitter.com/afQzLyGdH5
— Banker Azərbaycan (@BankerAz) March 3, 2022
16:26 – Rusiyalı milyarder “Bazovıy Element”, “Rusal” və “En+Group” şirkətlərinin rəhbəri Oleq Deripaska deyir ki, Rusiyanı ən azı üç il ağır böhran gözləyir.
16:25 – Ukrayna Prezidenti Volodimir Zelenski deyir:
-
-
- Dost ölkələrin bizə köməyi davam edir, silah dəstəyi artır.
- Müdafiəmizin bütün xətlərinin təhlükəsizliyi təmin olunub. Ruslar narahat olub. Odessa şəhərini məhv etmək istəyirlər. Amma Qara dənizin ancaq dibini görəcəklər.
- Onun sözlərinə görə, xaricdən 16 mindən çox əsgər döyüşmək üçün könüllü olaraq. Ukraynaya gəlib.
- Qarşı tərəf şəhərlərimizə ancaq raket atır. Bu, şəhərlərimizə heç nə edə bilmədiklərinin göstəricisidir.
-
15:42 – “Skoda” və “Suzuki” Rusiyadakı fəaliyyətini dayandırır
15:42 – Tokayev anti-Rusiya sanksiyalarının Qazaxıstana təsiri ilə əlaqədar müəssisələrə və əhaliyə dəstək üçün tədbirlər paketi hazırlamağı tapşırıb.
Büdcəni doldurmaq üçün hakimiyyət bərk faydalı qazıntıların hasilatına görə vergi dərəcələrini üç dəfə artıracaq.
15:35 – İranın keçmiş prezidenti Mahmud Əhmədinejat:
“Sizin şərəfli və demək olar ki, misilsiz müqavimətiniz bəşəriyyətin düşmənlərinin şeytani hiylələrini üzə çıxardı. İnanın ki, böyük İran xalqı sizin bu qəhrəmanlıq əzminizə heyran olaraq yanınızdadır”.
15:24 – Formula 1 Rusiya Qran Prisi ilə müqaviləsini tamamilə ləğv edib.
15:20 – “IKEA” Rusiya və Belarusdakı fəaliyyətini dayandırıb.
Rusiya Müdafiə Nazirliyi rus qoşunlarının Ukraynanın cənubunun bəzi hissələrinə nəzarəti ələ keçirdiyini əks etdirən video yayımlayıb. pic.twitter.com/tL06yAsEm5
— Banker Azərbaycan (@BankerAz) March 3, 2022
14:46 – “Diageo” Rusiyaya spirtli içkilərin göndərilməsini dayandırıb.
Şirkət “Johnnie Walker”, “Captain Morgan”, “Guinness”, “Smirnoff”, “White Horse” və digər brendlər ilə içkilər istehsal edir.
14:19 – Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyaya məxsus qırıcı-bombardmançı “SU-34” təyyarəsini vurublar.
14:12 – Bu gün birjalarda Rusiya rublu ABŞ dollarına nisbətdə 18% ucuzlaşaraq 1 dollar üçün 117 rubla düşüb.
13:55 – Fransa enerji nəhəngi “Rosneft”in rəhbəri və prezident Putinin yaxın köməkçisi İqor Seçinə məxsus yaxtanı ələ keçirib.
13:48 – Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün yerli vaxtla saat 15:00-da baş tutacaq.
13:35 – Polşa Prezidenti bildirib ki,Ukraynadakı hərbi əməliyyatlara qoşulmayacağıq.
13:14 – RF xarici işlər naziri Sergey Lavrov bu gün bunları deyir:
-
-
- Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında danışıqlar bu gün baş tutacaq.
- Fransizlar xoruzdur da, bilirsiz? Onların simvolları da xoruzdur, ona görə də xoruzlanmağı sevirlər.
- Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında danışıqlar bu gün baş tutacaq.
- Danışıqlarda Ukrayna nümayəndə heyətinin Vaşinqtondan siqnallar alması şübhəsizdir.
- Əminəm ki, Ukrayna ətrafındakı böhranın həlli tapılacaq, Rusiyanın şərtləri minimaldır.
- Nüvə müharibəsindən Rusiya deyil, NATO və Ukrayna danışır
- NATO Moskvanı çətin seçim qarşısında qoyub.
- Əminəm ki, Qərbin Ukrayna ətrafında isteriyası keçəcək, onlar dəli olacaqlar
- Rusiya Ukrayna və bütün Avropa üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.
-
13:08 – Zelenski: “Müdafiəmizin bütün xətləri qorunub saxlanılıb. Düşmənin heç bir strateji müdafiə istiqamətində uğuru yoxdur. Onlar sıxışdırılıb və məhvə məhkumdurlar”.
13:07 – “Lego” Rusiyaya çatdırılmanı dayandırır, RIA bildirir.
13:00 – Fransa Xarici İşlər Nazirliyi hazırda Rusiyada olan vətəndaşlara bu ölkəni tərk etməyi tövsiyə edib.
12:45 – Lukaşenko deyir ki, “Belarusu Ukraynadakı müharibəyə cəlb etmək istəyirlər”.
12:42 – Almaniya Ukraynaya daha 2 700 zenit raket göndərəcək.
12:37 – Avropada qazın qiyməti 1000 kubmetr üçün $2 267-yə qalxaraq tarixi rekordunu yenidən yeniləyib.
12:21 – London birjası Rusiya ilə əlaqəli 27 şirkətin qiymətli kağızlarının ticarətini dayandırıb.
12:18 – Dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Braziliyanın “Embraer” şirkəti Rusiya ilə əməkdaşlığı dayandırır.
12:18 – Rus ordusunun tankları məhv edilib – Ukraynanın şimalı Sumı və Poltava vilayətlərinin sərhəddində (Ukrayna 24).
12:04 – Moskva birjasında (IMOEX) 1 dolların tarixi maksimumu yeniləyərək 110 rubldan yuxarı qalxıb.
12:02 – Çerniqovda ruslar neft anbarını atəşə tutublar. 5 min kubmetr yanacaq olan altı çən yanıb:
Çerniqovda ruslar neft anbarını atəşə tutublar. 5 min kubmetr yanacaq olan altı çən yanıb. pic.twitter.com/tn2sFY3mSe
— Banker Azərbaycan (@BankerAz) March 3, 2022
11:36 – Brent xam neftinin bir barreli 121 dolları test edir!
11:35 – WTI neftinin qiyməti 2008-ci ildən bu tərəfə ilk dəfə 115$/bbl. səviyyəsini də ötüb. (Bakı vaxtı ilə 11:34)
11:05 – Rubl kəskin şəkildə möhkəmlənir. Hərracların açılışında dollar 8 rubl (98,02-yə), avro 6,4 rubl (109-a qədər) ucuzlaşıb.
10:59 – “Ukrayna 24”-ün müxbiri bildirir ki, davamlı atəşə baxmayaraq, Ukrayna hərbçiləri Mariupolu qəhrəmancasına müdafiə edir.
🗣:”İndi demək olar ki, bütün şəhər işıqsız və susuz qalıb. Mobil rabitə,demək olar ki, yoxdur. Daha çox dağıntı var. İşğalçılar infrastrukturu dağıtmağa çalışırlar”.
10:45 – Brentin may fyuçersi üzrə qiyməti artıq 119 dollar/barreli geridə qoydu.
10:33 – Xmelnitski və Ternopildə hava hücümundan həyacan siqnalı verilir.
10:30 – Dövlət Dumasına təqdim edilən hökumət qanun layihəsinə əsasən, ilin sonuna qədər maliyyə sabitliyini qorumaq üçün Rusiya Bankı kredit təşkilatlarının əməliyyatlarını altı aya qədər dayandıra bilər.
10:18 – Rusiyanın kosmik agentliyi Roskosmos xəbər yayır ki, bütün rusiyalı mütəxəssislər Qviana Kosmik Mərkəzini tərk ediblər.
10:17 – BMT bildirir ki, Ukraynadan qaçqın düşənlərin sayı 1 milyonu keçib.
10:15 – Nüfuzlu bank “JPMorgan” bildirir ki, Rusiya defoltla üzləşmə təhlükəsi var. Rusiyaya qarşı Qərbdən gələn sanksiyalar ölkənin dövlət borcunu ödəyə bilməməsi ehtimalını xeyli artırıb.
10:14 – “Avtovaz” martın 5-dən etibarən Tolyatti və İjevskdə avtomobillərin yığılmasını dörd gün müddətinə dayandıracaq.
Şirkət rəhbərliyi bu qərarı Rusiyaya qarşı sanksiyalarla əlaqədar yaranan elektron komponentlərin çatışmazlığı ilə bağlı verib.
10:12 – “Sberbank” iki gün ərzində depozit faizlərinin artması fonunda 1 trilyon rubldan çox xarici valyuta və rublda müştərilərin axını əldə etdiyini bildirib.
10:01 – ABŞ lideri Co Bayden cümə axşamı Yaponiya, Avstraliya və Hindistan liderləri ilə virtual sammit keçirəcək, Dehlidən bildirilir.
09:58 – ABŞ Konqresi Rusiyanın bütün dövlət qurumlarına sanksiya qoymağı müzakirə edir.
09:57 – Xarkovda yenidən həyacan siqnalı verilir. (yerli KİV)
09:55 – Xarkov hazırda:
Xarkov pic.twitter.com/EOaAXDlWEV
— Banker Azərbaycan (@BankerAz) March 3, 2022
09:50 – Oracle, Microsoft-dan sonra dünyanın ikinci ən böyük proqram istehsalçısıdır.
09:48 – Rusiya Mərkəzi Bankı brokerlərə bu gündən etibarən birjadan dollar, avro və funt sterlinq alan fiziki şəxslərdən əqdin dəyərinin 30 %-i qədər komissiya tutmaq barədə təlimat verib.
09:22 – “Buta Airways” Bakı-Həştərxan-Bakı reysini ləğv edib.
08:38 – Brent markalı xam neftin may fyuçersi üzrə bir barrelinin qiyməti $119-a çatır.
08:03 – Xarkovun mərkəzi hazırda:
Bu da Xarkovun mərkəzi. pic.twitter.com/kVaoAnpiou
— Banker Azərbaycan (@BankerAz) March 3, 2022
07:20 – Haaqa tribunalı Rusiyanın Ukraynaya hücumu ilə bağlı təhqiqata başlayıb.
07:20 – Şimali Koreya lideri 3-cü Dünya Müharibəsinə hazırlıq barədə göstəriş verib
04:24 – Şəhərin meri İqor Kolixayev təsdiqləyib ki, Xersonda Ukrayna ordusu qalmayıb.
03:47 – Aİ Ukraynaya daha 600 milyon avro məbləğində yardım göndərəcək.
03:40 – Müharibədən fotolar:
03:38 – “SWIFT” martın 12-də Rusiya banklarını sistemdən ayıracaq
03:20 – Dünya Bankı Rusiya və Belarusdakı proqramlarını dayandırır.
03:06 – “Fitch” beynəlxalq reytinq agentliyi Rusiyanın uzunmüddətli xarici valyutada kredit reytinqini “BBB”-dən “B”yə endirib.
03:01 – Roman Abramoviç Ukrayna müharibəsi qurbanlarına kömək etmək üçün xalis gəlirlə “Chelsea” futbol klubunu satır.
02:47 – Zelenski deyir ki, bir həftədə Rusiya ordusunun 9 min hərbçisi öldürülüb.
02:34 – Kiyevin dəmiryol vağzalında güclü partlayış olub
02:06 – Çərşənbə günü, Rusiyanın “Su-25” təyyarəsi Kiyevətrafı ərazini bombalayarkən məhv edilib.
01:59 – İsveç Silahlı Qüvvələri məlumat yayıb ki, Rusiyanın dörd qırıcısı çərşənbə günü Baltik dənizi üzərində İsveçin hava məkanını qısa müddətə pozub.
“Mövcud vəziyyətdə biz bu hadisəyə çox ciddi yanaşırıq”.
01:30 – Rusiya səfiri bildirir ki, Türkiyənin Möntrö razılaşmasına “əməl etməsini alqışlayırıq”.
01:17 – ABŞ Rusiyanın müdafiə sektoruna qarşı sanksiyalar tətbiq edir. Məhdudiyyətlər 22 təşkilata təsir edəcək.