5 C
Baku
Saturday, December 14, 2024

“Rusiya Ukrayna taxılı olan gəmiləri buraxmağa hazırdır”

Rusiya Ukraynadan taxılın təhlükəsiz ixracını təmin etməyə hazır olduğunu açıqlayıb.

Banker.az xəbər verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya danışıb.

O bildirib ki, Rusiya Ukrayna taxılı olan gəmiləri buraxmağa hazırdır.

“Ukraynalılara gəlincə, qoy əvvəlcə limanlarını təmizləsinlər. Biz təhlükəsiz keçidi təmin etməyə hazırıq, lakin ilk növbədə onlar minaları təmizləməlidirlər. Onlar bizim deyil, onların minalarıdır”, – o, jurnalistlərə deyib.

Qara dənizdən taxıl ixracı ilə bağlı Rusiya, Ukrayna, Türkiyə və BMT arasında gözlənilən görüşdən danışan Nebenzya bu məlumatın nə dərəcədə doğru olduğunu bilmədiyini qeyd edib və bununla bağlı mətbuatda yer alan çoxsaylı fərziyələrə diqqət çəkib.

O, həmçinin Avropanın quruda yerləşən “həmrəylik dəhlizləri”ni xatırladaraq bildirib  ki, bu dəhlizlər səmərəli işləmir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər