3 C
Baku
Saturday, December 14, 2024

Rusiya, Ukrayna və Türkiyə nümayəndələri “Taxıl sazişi”ni müzakirə edəcəklər

Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri mayın 5-də İstanbula gedəcəklər.

Onlar Türkiyə müdafiə nazirinin müavininin vasitəçiliyi ilə görüşəcəklər.

Tərəflərin “Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri bildirilib.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər