Kiyev danışıqlarda Ukraynada öz ordusuna malik ilə silahsızlaşdırılmış dövlətin Avstriya və ya İsveç variantını yaratmağı təklif edir. Bunu Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib.
“Ukraynanın neytral statusunun qorunub saxlanılması və inkişafı, Ukraynanın demilitarizasiyası – Ukrayna ordusunun ölçüsü ilə bağlı bir sıra kompleks məsələlər müzakirə olunur. Ukrayna neytral silahsızlaşdırılmış dövlətin Avstriya, İsveç versiyasını, lakin bununla yanaşı öz ordusu və dəniz qüvvələrinə malik olan dövləti təklif edir Bütün bu məsələlər Rusiya və Ukraynanın Müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”, – deyə Medinski qeyd edib.
Rusiya nümayəndə heyətinin rəhbəri xatırladıb ki, Ukrayna indi də neytral statusa malikdir: “Məhz neytrallıq şərti ilə Ukrayna 1991-ci ildə Sovet İttifaqından çıxdı və bu neytrallıq Ukraynanın Suverenlik Bəyannaməsində yazılıb”.