12 C
Baku
Sunday, October 27, 2024

Rusiya və BMT nümayəndələri Cenevrədə “Taxil sazişi”ni müzakirə edəcəklər

Bu gün Rusiya və BMT nümayəndələri Cenevrədə “Taxil sazişi”nin icrası ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) rəsmi nümayəndəsi Ketrin Huisyu (Catherine Huissou) bildirib.

Huisyu qeyd edib ki, BMT-nin məqsədi – ötən ilin iyulunda əldə edilmiş razılaşmaların bütün iştirakçılarının gözləntilərini doğrultmaq və son aylarda müəyyən edilmiş kursun davam etdirilməsini təmin etməkdir.

Keçiriləcək məsləhətləşmələrdə Rusiya nümayəndə heyətinə XİN rəhbərinin müavini Sergey Verşinin başçılıq edəcək.

Müzakirələrdə həmçinin BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits və BMT Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspan iştirak edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər