3 C
Baku
Saturday, March 2, 2024

Rusiya və Gürcüstan birbaşa aviareysləri bu gündən bərpa edir

Rusiya və Gürcüstan birbaşa aviareysləri bu gündən bərpa edir.

Bu barədə “Sputnik”in Gürcüstan bürosu məlumat yayıb.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında aviareyslərə 4 ildir (2019-cu ildən indiyə qədər) fasilə verilib, ilk reys bu gün Moskvadan Tbilisiyə həyata keçiriləcək.

Moskvanın “Vnukovo” hava limanından yola düşəcək reysi Rusiyanın “Azimut” aviaşirkəti həyata keçirəcək.

Xatırladaq ki, Gürcüstanın “Georgian Airways” aviaşirkəti də öz növbəsində 20 mayda Moskvaya uçuşları bərpa edəcəyini bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər