16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Rusiya və Türkiyə prezidentləri Ukrayna böhranını müzakirə edib

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında bu gün baş tutan telefon danışığı zamanı Ukrayna böhranı da müzakirə edilib.

Türkiyə Prezidentinin xahişi əsasında V. Putin Ukrayna böhranının həlli ilə bağlı Rusiyanın mövqeyini açıqlayıb.

Bildirilib ki, münaqişənin həlli ilə bağlı 2015-ci ildə əldə olunan Minsk razılaşmalarının alternativi yoxdur. 

Eyni zamanda, Ukrayna tərəfinin Minsk razılaşmalarının həyata keçirilməsindən boyun qaçırması, son günlərdə təmas xəttində vəziyyəti gərginləşdirməyə yönəlmiş təhlükəli təxribatlarının yenidən başlanması ilə bağlı narahatlıq ifadə olunub.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər