8 C
Baku
Monday, November 18, 2024

Rusiya və ABŞ arasında nüvə müharibəsi nəyə gətirib çıxaracaq?

Rusiya və ABŞ arasında genişmiqyaslı nüvə müharibəsi Avstraliya istisna olmaqla, Yer kürəsinin bütün qitələrində kənd təsərrüfatı üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Bu barədə Ratqers Universitetinin klimatoloqları bildiriblər. Onların hesablamalarına görə, dünya kənd təsərrüfatının ümumi məhsuldarlığı 90% azalacaq. Bu da öz növbəsində dünyada aclığa və 5 milyarddan çox insanın ölümünə səbəb olacaq. Daha 360 milyon insanı müharibənin özü öldürəcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Amerika universitetinin professoru Alan Robokun sözlərinə görə, dünya nüvə münaqişəsi ehtimalını istisna etməlidir. “Dünya artıq bir neçə dəfə bu ssenariyə yaxınlaşıb. Nüvə silahlarına tam qadağa bu problemin yeganə uzunmüddətli həllidir”, – Alan Robok söyləyir.

Alimlər qeyd ediblər ki, hətta atom silahlarından məhdud istifadə belə nüvə qışı fenomeninə səbəb olacaq. Bu, nüvə zərbələrindən sonra atmosferə atılan nəhəng toz və his kütləsinin səbəb olduğu iqlimin kəskin soyumasını nəzərdə tutur.

Onlar Hindistan və Pakistan arasında yerli toqquşma nümunəsindən də istifadə edərək belə bir modeli nəzərdən keçirdilər. Əgər qarşıdurma baş verərsə, məhsuldarlıq və dörd əsas məhsulun (düyü, qarğıdalı, buğda və soya) yetişdirilməsi qabiliyyəti kəskin şəkildə aşağı düşəcək. Orta hesabla ərzaq istehsalının həcmi 7% azalacaq – bu, kütləvi aclığa səbəb olacaq.

Tədqiqatçılar bunu nüvə silahının qadağan edilməsi üzrə danışıqların lehinə daha bir arqument adlandırıblar.

Son xəbərlər
Digər xəbərlər