Rusiyanın baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı Əli Əsədov ilə ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb.
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. “Mixail Mişustin Əli Əsədovu ad günü münasibətilə təbrik edib. Hökumət başçıları Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərinə də toxunublar”, – məlumatda deyilir.