Bu ilin üçüncü rübündə Çinin banklararası bazarında yuan və rubl ilə aparılan əməliyyatların həcmi illik hesablamada 105% artaraq 4,9 milyard yuan (təxminən, 706 milyon ABŞ dolları) səviyyəsinə çatıb.
Banker.az bildirir ki, bu barədə Rusiya Federasiyasının Mərkəzi Bankının Pekin nümayəndəliyinin rəhbəri Vladimir Danilov “Rusiyanın kapital bazarı” konfransında bildirib.
Onun sözlərinə görə, ötən il bu rəqəm 2,4 milyard yuan (təxminən, 345 milyon dollar) olub.
V.Danilov bildirib ki, Rusiya valyutası ilə əməliyyatların həcmi də xeyli artıb.
Report