13 C
Baku
Friday, May 10, 2024

Rusiya və Çin qarşılıqlı yardım haqqında razılığa gəliblər

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpin təsdiqləyiblər ki, Rusiya-Çin münasibətləri yüksək səviyyədədir, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Telefon danışığı zamanı tərəflər Qərbin sanksiya təzyiqləri qarşısında iqtisadi əməkdaşlıq və hərbi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Liderlər həmçinin sahələrdə strateji əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Həmçinin Putin çinli həmkarı ilə söhbətində Ukraynadakı vəziyyətlə bağlı fundamental qiymətləndirmələrini və xüsusi əməliyyatın vəzifələrini açıqlayıb. Si Tsinpin Rusiyanın xarici çağırışlar qarşısında milli maraqlarını qorumaq üçün hərəkətlərinin legitimliyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Çin prezidenti Si Tsinpinqin müşavirlərinə Qərbin sanksiyalarını pozmadan Rusiyaya maliyyə yardımı göstərməyin yolunu tapmağı tapşırdığı bildirilib. Washington Post Pekinin “ən mühüm strateji tərəfdaşına” kömək etmək istədiyinə diqqət çəkib, lakin ABŞ və onun müttəfiqlərinin bu halda ölkəni texnologiyadan ayıracağından qorxur.

G7 ölkələri (G7 – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Kanada və İtaliya) artıq Çini Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına haqq qazandırmamağa və anti-Rusiya sanksiyalarını pozmamağa çağırıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər