1 C
Baku
Saturday, December 14, 2024

Rusiya və Çin xarici işlər nazirləri görüşüb

Səmərqənddə Rusiya və Çin xarici işlər nazirləri arasında görüş keçirilib.

Görüşdə Rusiya XİN başçısı Sergey Lavrov Moskva ilə Pekin arasında münasibətlərin sabitlik nümayiş etdirdiyini, hazırkı vəziyyətdə ikitərəfli görüşlərin tezliyinin özünü doğrultduğunu söyləyib.

Onun sözlərinə görə, bir müddət əvvəl Çin lideri Si Cinpinin Rusiyaya səfəri Moskva ilə Pekin arasında strateji qarşılıqlı fəaliyyətin və hərtərəfli tərəfdaşlığın perspektivlərinin daha bir təsdiqidir.

“Təbii ki, qəbul edilmiş qərarlar bizdən həm ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi baxımından, həm də regional və beynəlxalq problemlər baxımından qarşılıqlı fəaliyyətimizin bütün sahələrində səyləri gücləndirməyi tələb edir”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Çinin xarici işlər naziri Sin Qan qeyd edib ki, hazırkı beynəlxalq vəziyyət göz qabağında dəyişir və bu, Rusiya və Çin arasında strateji təmasların davam etdirilməsi zərurətini diktə edir. “Çin tərəfi rusiyalı tərəfdaşları ilə birlikdə mühüm razılaşmaların ən yüksək səviyyədə yerinə yetirilməsi üçün ikitərəfli münasibətlərin yüksək dinamikasını təşviq etməyə hazırdır”, – deyə çinli diplomat vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər