13 C
Baku
Friday, November 22, 2024

Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96%-də milli valyutalar istifadə olunur

Rusiya və İran arasında qarşılıqlı hesablaşmaların 96%-dən çoxunda milli valyutalar istifadə olunur və 2024-cü il üçün ikitərəfli ticarət dövriyyəsi 12,4% artıb.

Bu barədə Kremlin mətbuat xidməti iki ölkə prezidentlərinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində görüşü ərəfəsində məlumat verib.

“Hər iki ölkənin rəhbərliyi ticarət-iqtisadi əlaqələrin inkişafına prioritet diqqət yetirir. 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsi müəyyən azalmaya baxmayaraq, 4 milyard dollardan çox olub. Bu il yanvar-avqust aylarının nəticələrinə görə 12,4% artım qeydə alınıb. Qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 96%-i keçir”, – məlumatda deyilir.

Qeyd olunub ki, Rusiya və İran nəqliyyat və energetika sahəsində bir neçə iri birgə layihə həyata keçirir.

Kreml qeyd edib ki, Rusiya – İran münasibətləri yüksəliş dövrünü yaşayır. Gözlənilir ki, onlar “hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə” çıxacaq: buna İran prezidentinin ayrıca səfəri zamanı müvafiq müqavilənin imzalanması imkan verəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər