16 C
Baku
Thursday, May 2, 2024

Rusiya və İran böyük dövlətlərarası müqavilə imzalayacaq

Rusiya və İran arasında böyük dövlətlərarası müqavilə imzalanacaq.

Bu, Rusiya Müdafiə Nazirliyinin iki ölkənin müdafiə nazirləri Sergey Şoyqu və Məhəmməd Aştianinin telefon danışığından sonra yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər Rusiya-İran münasibətlərinin təməl prinsiplərinə, o cümlədən bir-birinin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığına sadiqdirlər. Hazırda Rusiya ilə İran arasında böyük dövlətlərarası müqavilənin imzalanmasına hazırlıq gedir.

Rusiya Müdafiə Nazirliyinin məlumatında, həmçinin bildirilir ki, bu telefon danışığı iki ölkə arasında strateji münasibətlərin möhkəmlənməsinə doğru atılan növbəti addımdır.

Mənbəazərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər