Rusiya və İran arasında birinciyə məxsus “Mir” ödəniş sisteminin islam respublikasında tanınması, eləcə də iki ölkənin SWIFT beynəlxalq banklararası sisteminin alternativinə qoşulmaq barədə müzakirələr aparılır.
Bunu jurnalistlərə açıqlamasında İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.
“Çalışırıq ki, gələcəkdə bu sahədə uğurlu addımlar ataq. Hazırda “Mir” ödəniş sisteminin tanınması məsələsi gündəmdədir və bu istiqamətdə rusiyalı həmkarlarla danışıqlar aparılır”, – deyə o, qeyd edib.