7 C
Baku
Thursday, December 12, 2024

Rusiya və Səudiyyə Ərəbistanı neftlə bağlı razılaşmanın müddətini uzadırlar

Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ müqaviləsi çərçivəsində neft hasilatını ən azı daha bir ay müddətində azaltmaq barədə razılığa gəliblər. Banker.az xəbər verir ki, bu haqda mənbəyə istinadən TASS məlumat verib.

“Razılaşdıq ki, müqavilənin müddətini ən azı bir ay uzatmaq lazımdır. Ondan sonra vəziyyətə baxacağıq”, – mesajda deyilir.

Bundan əlavə, qeyd edildiyi kimi, Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ müqaviləsinin müəyyən etdiyi öhdəliklərlə razılaşmırlar, bu səbəbdən kvotalara riayət edilməsi məsələsi həll olunmayana qədər ölkələrin nümayəndələrinin görüşü keçirilməyəcək.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin OPEC+ razısının təsirini müsbət qiymətləndirdiyini açıqlamışdı. Onun sözlərinə görə, bu razılaşma sayəsində enerji bazarında mövcud vəziyyətin inkişafının qarşısını almaq mümkündür.

Xatırladaq ki, OPEC+ müqaviləsi cari ilin 1 may tarixində qüvvəyə minib. 2021-ci ilin dekabr ayında müqavilənin şərtlərinə yenidən baxıla bilər.

Son xəbərlər
Digər xəbərlər