6 C
Baku
Sunday, December 15, 2024

Rusiya və Tacikistan prezidentləri arasında görüş olub

Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparıb.

Danışıqlar Kremldə keçirilib.

Rusiya lideri tacik həmkarına rus dilinin inkişafına və iki ölkə arasında mədəniyyət və ümumilikdə humanitar sahədə əlaqələrin inkişafına göstərdiyi diqqətə görə təşəkkür edib.

Putin qeyd edib ki, Rusiya Tacikistanda açılan rusdilli məktəblər üçün dərsliklərin alınmasına hər il 200 milyon rubl ayıracaq.

Rusiya prezidenti onu da vurğulayıb ki, Tacikistan Rusiya Federasiyasında bakalavr və magistratura pilləsi üzrə ən böyük kvotaya (ildə 900 nəfər) malikdir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər