Moskvada Rusiya və Türkiyənin nümayəndələri Türkiyə ticarət gəmilərinin Ukrayna limanlarından təhlükəsiz çıxışını və taxıl ixracını müzakirə edib.
İyunun 21-də Moskvada Rusiya Federasiyası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Tərəflər Türkiyə ticarət gəmilərinin Ukrayna limanlarından təhlükəsiz çıxışını və taxılın ixracını, eləcə də Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsinə yanaşmaları müzakirə ediblər.
Rusiya və Türkiyə Müdafiə nazirliklərinin nümayəndə heyətləri Mariupol limanından, o cümlədən Türkiyənin “Azov Concorde” quru yük gəmisinin çıxışını təmin etməyə imkan verən ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıblar.
Rusiya ilə Türkiyə arasında məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.