02.03.2022
23:45 – “Jaguar Land Rover” Rusiyaya avtomobil göndərilməsini dayandırır.
23:44 – Kalın: “Rusiya-Ukrayna danışıqlarının ikinci raundu sabah baş tuta bilər”.
23:42 – Kanada Rusiya gəmilərinin üzünə limanlarını bağlayır.
Nazirlər Kabinetinin bağlı qapılar arxasında keçirilən iclasında verilən qərar bu həftə qüvvəyə minəcək.
Kanada hakimiyyəti, həmçinin Ukraynaya 79 milyon ABŞ dolları dəyərində humanitar yardım göndərmək qərarına gəlib. Xüsusilə, Ukraynaya yemək, su və müvəqqəti yaşayış üçün çadırlar göndəriləcək.
23:34 – Beynəlxalq Ədalət Məhkəməsi Ukrayna-Rusiya işi üzrə dinləmələr keçirəcək.
23:21 – Bayden: Rusiyanı məsuliyyətə cəlb edəcəyik, sanksiyalarımız artıq dağıdıcı təsir göstərir.
23:18 – Rusiya və Belarus atletlərinin beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub
23:02 – Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqlayıb.
23:02 – Zelenski Baydenlə Rusiyaya qarşı sanksiyaları və Ukraynaya dəstəyi müzakirə edib.
21:40 – Ukraynada təhlükə ilə üzləşmiş azərbaycanlılar üçün xüsusi qatar ayrılıb.
21:11 – “BMW” Rusiyada avtomobil yığımını dayandırır.
21:08 – BMT Ukraynaya yardım planını açıqlayıb.
21:05 – Roman Abramoviç “Çelsi” klubunu satır.
20:40 – Ukraynanın Aİ üzvlüyünə namizədliyi təsdiqləndi. Ətraflı.
20:02 -Avropa Parlamenti Aİ-nin Rusiyadan neft və qaz idxalına məhdudiyyətlər, Aİ-nin Rusiyaya yeni investisiyalarına qadağa qoyulması və Rusiyanın SWIFT-dən kənarlaşdırılmasını tələb edən qətnamə qəbul etdi.
19:40 -Ukraynada Televiziya kanallarının yayımı dayandı.
19:16 –Paytaxt Kiyevin teleqülləsinə raket zərbəsi endirildi
18:41 –Meksika Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq – Prezident bildirib
17:12 – EBRD (Avropa Yenidənqurma və İnkişaf Bankı) Rusiya və Belarusun maliyyə vəsaitlərinə çıxışını qeyri-müəyyən müddətə dayandırıb.
17:00 – Avropa İttifaqı Ukraynanın birliyə qoşulmaq üçün müraciətini qiymətləndirməyə başlayacaq.
16:26 – Medvedyev Fransanı hədələyib:
“Bu gün Fransanın hansısa naziri Rusiyaya iqtisadi müharibə elan etdiklərini deyib. Dediklərinizə fikir verin, cənablar! Unutmayın ki, bəşər tarixində iqtisadi müharibələr çox vaxt həqiqi müharibəyə çevrilib”
16:39 – Böyük Britaniya Belarusun 4 fiziki və 2 hüquqi şəxsinə sanksiya tətbiq edib.
16:30 – Zelenski: “Bizi heç kim sındıra bilməz”
“Hər meydan Azadlıq Meydanı olacaq. Bizi heç kim sındıra bilməz. Arzumuz övladlarımızın yaşamasıdır. Məncə, doğrusu budur, çünki dünən 16 uşaq dünyasını dəyişib. Yenə Putin deyəcək ki, bu, bir növ əməliyyatdır. Uşaqlarımız harada işləyir ki? Hansı tankları sürürlər?
Əziz insanlar, bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız, həyat üçün, indi isə sağ qalmaq üçün mübarizə aparırıq. Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Bizimlə Aİ daha güclü olacaq. Gücümüzü sübut edəcəyik. Bizimlə olduğunuzu sübut edin, avropalı olduğunuzu sübut edin, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək”, – deyə dövlət başçısı vurğulayıb.
16:26 – “Reuters” agentliyi bildirir ki, “Raiffeisenbank” Rusiyanı tərk etməyi düşünür
16:20 – Rusiya hökuməti sanksiyalara məruz qalan şirkətlərin səhmlərini almaq üçün 1 trilyon rubla (cari məzənnə ilə 10-12 mlrd. dollar) qədər vəsait xərcləyəcək.
16:13 – Ukraynadakı müharibədən fotolar:
16:06 – Mişustin Rusiya şirkətlərinin səhmlərini almaq üçün Maliyyə Nazirliyinə Milli Rifah Fondundan 2022-ci ildə 1 trilyon rubla qədər vəsait göndərməyi tapşırıb.
15:53 – Britaniya parlamenti Rusiya müttəfiqlərinə qarşı sanksiyalar tətbiqini nəzərdən keçirməyə hazırlaşır. Xarici KİV bildirir.
15:44 – Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiya Prezidentinin “günahsız mülki şəxslərə qarşı barbar və heç bir şeyə fərq qoymayan taktikalardan istifadə etməyə hazır olduğunu” iddia edib.
15:42 -Estoniyanın müdafiə naziri Kalle Laanet martın 1-də ölkə parlamentində bildirib ki, NATO-dakı müttəfiqlərimiz Estoniyadakı qoşunlarının sayını iki dəfə artıracaq.
15:37 – Rusiya hökuməti Qərb şirkətlərinin Rusiya investisiyalarını və aktivlərini satmasını məhdudlaşdıracaq.
15:36 – Ukraynanın Avropa İttifaqına üzvlüyün sürətləndirilməsi ilə bağlı ərizə qəbul edilib
15:34 – Böyük Britaniya bütün Rusiya gəmilərinin öz limanlarına daxil olmasına qadağan qoyan qanun qəbul edən ilk ölkə olduğunu bildirib.
15:18 – “Reuters” mənbələrə istinadən xəbər verir ki, “Nord Stream 2 AG” sanksiyalara görə müflis olmaq barədə düşünür.
14:46 – Rusiya Federasiyasının hökumət başçısı Mişustin bildirib ki, xarici biznesin Rusiya aktivlərindən çıxışına müvəqqəti məhdudiyyətlərin tətbiqi ilə bağlı prezidentin fərmanı layihəsi hazırlanıb.
14:41 – Belarus qoşunları Ukraynaya daxil olub
Belarus qoşunları Rusiyaya yardım etmək üçün Ukrayna ərazisinə daxil olub.
Bunu “Sever” regional ərazi müdafiəsi idarəsinin nümayəndəsi Vitali Kirilov təsdiqləyib.
“Belarus müharibəyə qoşuldu. Çerniqov bölgəsinə Belarus qoşunları daxil olub”, – o bildirib.
14:41 – Rusiya hakimiyyəti dövlət satınalma prosedurlarını mümkün qədər asanlaşdıracaq, lazımsız prosedurları azaldacaq, Mişustin bildirib.
14:39 – Zelenski: “Xarkovun mərkəzi meydanına atılan raket açıq-aşkar, ört-basdır edilməmiş terrordur. Bundan sonra Rusiya terrorçu dövlətdir. Heç kim bağışlamayacaq. Heç kim unutmayacaq”.
14:28 – Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin avqustda ilk antifaşist konfransına ev sahibliyi edəcəyini bildirib.
14:20 – Rus hərbçilər kütləvi şəkildə təslim olur:
Rus hərbçilər kütləvi şəkildə təslim olur pic.twitter.com/qIECDwZlVL
— Banker Azərbaycan (@BankerAz) March 1, 2022
14:04 – Ukrayna tərəfi bildirir ki, Belarus qoşunlarının Ukraynanın şimalındakı bölgəyə daxil olub.
14:02 – Rusiyanın xarici işlər naziri deyib ki, ABŞ nüvə silahlarını Avropadan çıxarmalıdır
14:00 – İsveç XİN başçısı: “Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsini istəyirik”
12:44 – İran İslam Respublikasının ali dini lideri Ayətullah Xamenei:
“Ukrayna məsələsində biz müharibənin dayandırılmasının tərəfdarıyıq. Amma böhranın həlli onun kökü bilinəndə mümkün olur. Böhranın kökündə ABŞ dayanır. Ukrayna ABŞ-ın yanlış siyasətinin qurbanı oldu. Ölkəni bu vəziyyətə gətirən Vaşinqton rəhbərliyidir.”
#Ukraine’s situation has two important lessons. Governments that rely on the US & Europe should know their support is a #mirage and not real. Today’s Ukraine is yesterday’s #Afghanistan. Both countries’ presidents said they relied on US & Western govts but were left alone. 1/2
— Khamenei.ir (@khamenei_ir) March 1, 2022
The people are governments’ most important support. This is the 2nd lesson from Ukraine’s situation. If the people of #Ukraine had been involved, the Ukrainian govt wouldn’t be in this situation. The people didn’t get involved because they didn’t approve of the government. 2/2
— Khamenei.ir (@khamenei_ir) March 1, 2022
12:44 – Ukraynanın şərqindəki Mariupol şəhəri Rusiyanın hücumlarından sonra elektrik enerjisini kəsib.
12:38 – Fransa Maliyyə naziri Bruno Le Maire bildirib ki, Rusiya iqtisadiyyatı çökəcək.
12:34 – “YouTube” Rusiyanın RT, “Sputnik” kanallarını Avropada bloklayır.
12:26 – Dinipro şəhərində hava hücümündan həyacan siqnalı verilir.
11:56 – Ukrayna tərəfi bildirir ki, 1 marta qədər Rusiyanın 5 700 nəfər hərbçisi öldürülüb.
11:36 – Bu da Xarkovun Azadlıq meydanı:
11:06 – Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı Rusiyanın Ukraynanın hava məkanına nəzarəti ələ keçirə bilmədiyini və Kiyevə doğru irəliləyişdə son 24 saat ərzində az irəliləyiş əldə etdiyini bildirib.
10:58 – Rusiya qoşunları Ukraynanın cənubundakı Xersona daxil olur.
10:46 – Rusiya milyarderlərinin itkisi $83 milyarda çatdı – V.Ələkbərov sərvətinin yarıdan çoxunu itirir. Ətraflı.
10:26 – Kanada Rusiya neftindən imtina edən ilk ölkə oldu.
10:20 – Britaniya bütün Rusiya banklarının aktivlərini tamamilə donduracaq.
10:21 – Kiyevdə spirtli içkilərin satışına qadağa qoyulub
09:54 – “American Airlines” “Aeroflot” ilə müqavilələri dayandırır.
09:30 – Özbəkistanın rəqəmsal bankı “Apelsin” Rusiyaya və Rusiyadan pul köçürmələrini dayandırıb.
Özbəkistanın rəqəmsal bankı Apelsin Rusiyaya və Rusiyadan pul köçürmələrinin göndərilməsini və qəbulunu dayandırıb, bu barədə bankın açıqlamasında deyilir.
“Apelsin vasitəsilə Rusiyaya vəsait göndərmək və qəbul etmək müvəqqəti olaraq mümkün deyil”, – bankın mobil proqramında deyilir.
Dayandırmanın səbəbləri və müddəti açıqlanmır.
Bundan əvvəl “Mastercard” beynəlxalq ödəniş sistemi Rusiyaya qarşı sanksiyalar çərçivəsində bəzi maliyyə qurumlarına öz şəbəkəsinə girişi bloklayıb.
09:15 – “Disney” Rusiyada filmlərinin nümayişini dayandırıb.
09:14 – “General Motors” Rusiyaya avtomobil ixracını dayandırır
09:08 – “Associated Press” xəbər verir ki, Ukraynanın şərqində Rusiya artilleriyasının hücumu nəticəsində 70-dən çox ukraynalı əsgər həlak olub.
09:06 – Avstraliya da Ukraynaya silah göndərəcəyini açıqladı.
08:40 – Üç NATO ölkəsi — Bolqarıstan, Polşa və Slovakiya Ukraynaya 70 təyyarə verəcək
Bildirilib ki, Bolqarıstan Ukraynaya 16 ədəd MiQ-29 qırıcısı və 14 ədəd Su-25 hücum təyyarəsi, Polşa 28 ədəd MiQ-29, Slovakiya isə 12 ədəd MiQ-29 qırıcısı verəcək.
08:02 – “Mastercard” bir sıra Rusiya banklarının ödəniş şəbəkəsinə girişini bloklayıb.
07:32 -Rusiya ordusu bir gecədə Ukraynada 5 qırıcı itirib.
07:30 -Yaponiya Putin, Lavrov, Şoyqu və Medvedevə qarşı sanksiyalar tətbiq edib.
07:02 -Yaponiya Vladimir Putinə sanksiyalar tətbiq edib.
06:30 -Zelenski Rusiya ilə danışıqlarda heç bir nəticənin olmadığını deyib
01.03.2022
19:27 -Putin Ukrayna ilə vəziyyətin stabilləşməsi şərtlərini açıqladı:
•Krım üzərində Rusiyanın suverenliyinin tanınması
•Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası
•Ukraynanın neytral statusunun təmin edilməsi
19:00 -Latviya könüllülərə Ukrayna qoşunlarında xidmət etməyə icazə verdi
18:26 -İsveçrə Moskva vaxtı ilə saat 17.00-dan etibarən Rusiyadan gələn bütün uçuşlar və Rusiya nişanı olan təyyarələr üçün hava məkanını bağladığını açıqladı
18:13 -Rusiyanın Xarici İşlər Naziri Lavrov Avropanın hava məkanını Rusiyaya bağlamasına görə BMT-nin iclasına gedə bilməyib
17:46 – Rusiya və Ukrayna arasında danışıqlar başa çatıb.
17:35 – ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanın Birbaşa İnvestisiyalar Fonduna və onun rəhbəri Kirill Dmitriyevə yeni sanksiya tətbiq edib.
17:21 – RF Mərkəzi Bankının sədri Elvira Nabiullina bildirib ki, xaricdən olan iştirakçılar SWIFT-in Rusiyanın analoqu olan sistemə qoşula bilərlər.
16:38 – ABŞ Belarusun paytaxtı Minskdəki səfirliyinin fəaliyyətini dayandırır.
16:35 -Kiyev Kremlə şərtini açıqlayıb
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, Ukraynanın əsas şərtləri təkcə Rusiyaya deyil, bütün dünyaya aydındır – atəşkəs və bütün rus qoşunlarının çıxarılması.
“Bəli, Donbass və Krımdan da… Bütün qoşunlar Ukrayna ərazisindən çıxmalıdır. Onsuz da hamısını torpağa göməcəyik. Yaxşı olar ki, könüllü getsinlər. Burada nə baş verdiyindən xəbəriniz yoxdur. Ukraynanın ehtiyatda olan 100 min könüllüsü artıq sırada dayanıb”.
16:30 – Çin Xarici İşlər Nazirliyi: “Biz Rusiya ilə strateji tərəfdaşıq, müttəfiq deyilik. Çin hər situasiya ilə bağlı öz mövqeyini və siyasətini ayrıca müəyyənləşdirir. Rusiya nüvə məsələsində təmkinli olmalıdır.”
16:24 – Ukraynanın Xarkov vilayətinə “Qrad” zərbələri endirilib. Nəticədə onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb.
16:09 – Dmitri Peskov deyir ki, NATO ilə ehtimal edilən toqquşmalar barədə müxtəlif fikirlər səsləndirilir. Bu, qəbuledilməzdir.
15:59 – Rusiyanın müdafiə naziri prezident Putinə bildirib ki, nüvə triadası “hazır rejimdədir” və şəxsi heyəti gücləndirib.
15:31 – Rusiyanın “Kommersant”, “İzvestii”, ТАСС, “Forbes”, “ADINDEX”, “E1” və “Takix Del” kimi media saytları haker hücumuna məruz qalıb.
SƏHİDƏFƏ BU AÇILIR:
Hörmətli vətəndaşlar. Sizi bu çılğınlığa son qoymağa çağırırıq, oğullarınızı və ərlərinizi ölümə göndərməyin. Putin bizi yalan danışmağa məcbur edir və təhlükəyə atır. Bizi bütün dünyadan təcrid etdilər, neft və qaz alışını dayandırdılar. Bir neçə ildən sonra Şimali Koreyadakı kimi yaşayacağıq. Bu bizim nəyimə gərəkdir? Putini dərsliklərə salmaq üçün? Bu bizim müharibəmiz deyil, gəlin dayandıraq!
15:31 – Yaponiyanın baş naziri bildirib ki, yaxın saatlarda Bayden və digər tərəfdaş ölkələrin liderlərinin iştirakı ilə Ukrayna ilə bağlı videokonfrans keçiriləcək.
15:30 – “Buta Airways” Kiyevə uçuşları ləğv edib.
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.
15:02 – Rusiya Mərkəzi Bankı martın 1-nə dolların məzənnəsini 93.56 rubla, avronun məzənnəsini isə 104.48 rubla qaldırıb.
14:59 -“The Jerusalem Post” yazır ki, rusiyalı milyarder Roman Abramoviç Rusiya-Ukrayna sülh danışıqlarında iştirak edir.
14:57 – Rusiya Ukrayna danışıqları başladı:
Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar masası arxasında pic.twitter.com/QWF7UjHoWO
— Banker Azərbaycan (@BankerAz) February 28, 2022
14:26 -Kreml deyir ki, sanksiyalar “Rusiyanın iqtisadi reallığını əhəmiyyətli dərəcədə dəyişib” (Qərb KİV).
14:24 -Kreml deyir ki, Putin yeni sanksiyalar fonunda Rusiya iqtisadiyyatına fokuslanıb.
14:22 -Putin bu gün iqtisadi məsələ üzrə müşavirə keçirəcək
13:59 -Ukraynanın Xarkov şəhəri Rusiyanın aviasiya və artilleriya qüvvələri tərəfindən bu dəqiqələrdə atəşə tutulur.
13:30 -TRACECA: “Azərbaycandan Ukraynaya yük daşımalar dayandırılıb”
13:29 -Ukrayna Prezidenti döyüşməyi bacaran məhbusları azad edib.
13:25 -Ukrayna Rusiyanın Zaporojye AES-ə nəzarəti ələ keçirməsini təkzib edib
13:24 -Cənubi Koreya strateji məhsulların Rusiyaya ixracına qadağa qoyacaq və bəzi Rusiya banklarını SWIFT beynəlxalq ödəniş sistemində bloklamaq üçün Qərb ölkələrinin sanksiyalarına qoşulacaq.
13:20 – Yaponiya: İndi Ukrayna işğal olunduğu kimi Yaponiyanın şimalı, Kuril adaları da Rusiya tərəfindən işğal olunub.
13:04 -Volodimir Zelenski: “Hər birimiz prezidentik, döyüşçüyük”
“Mən prezident olmaq istəyəndə deyirdim ki, hər birimiz prezidentik”.
Prezident Volodimir Zelenski fevralın 28-də xalqa müraciətində bildirib.
“Bu gün hamımız ölkəmiz, gözəl Ukraynamıza görə məsuliyyət daşıyırıq. Belə oldu. İndi hər birimiz öz yerində döyüşçüdür. Əminəm ki, hər birimiz qalib gələcəyik”, – Ukrayna Prezidenti vurğulayıb.
12:59 – Volodimir Zelenski Ukraynanın xüsusi prosedur qaydasında Avropa Birliyinə üzv qəbul olunmasını xahiş edib.
12:40 – Ukrayna tərəfini danışıqlarda müdafiə naziri, XİN müavini, prezident aparatı rəhbərinin müşaviri kimi yüksəkvəzifəli rəsmilər təmsil edir.
12:30 – Latviya hökuməti də öz istəkləri ilə Ukraynada döyüşmək istəyən vətəndaşlarına icazə verib.
11:51 – Moskva birjası ticarət məlumatlarına əsasən, dolların dəyişmə limiti 95.48 rubla qədər artrılıb.
11:45 – Pekin Rusiyaya qarşı birtərəfli sanksiyalara qarşıdır, Çin Xarici İşlər Nazirliyi bəyan edib.
11:38 – Rusiya Kiyev əhalisi üçün təxliyəsi yol açıb
Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyev üçün yeni açıqlama yayıb.
“Şəhərdəki bütün mülki əhali Kiyev-Vasilkov magistral yolu boyuna Ukrayna paytaxtını sərbəst şəkildə tərk edə bilər”.
11:20 – Avropada birjaların açılışında qazın qiyməti 34% artaraq 1 000 kubmetr üçün 1 440 dollar təşkil edir.
11:00 -Fransanın AFP xəbər agentliyi: Ukrayna ordusu rus qoşunlarının “hücum tempini” yavaşlatdığını bildirib.
10:53 -5300 rus əsgərinin həlak olduğu bildirilir. Ukrayna rəsmiləri bildirib.
10:51 – Rusiya Bankı uçot faiz dərəcəsini illik 20%-ə qaldırmaq qərarına gəlib.
10:49 – Cənubi Koreya Rusiya banklarının SWIFT-dən çıxarılması qərarına qoşulacaq
10:41 -The Times yazır ki, Ukraynanın paytaxtı Kiyev şəhərində Kremlin tapşırığı ilə 400 muzdlu fəaliyyətdədir.
“Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxs tərəfindən idarə olunan “Vaqner” özəl hərbi şirkəti beş həftə öncə Zelenski hakimiyyətini başsız qoymaq missiyası ilə Afrikadan muzdlular göndərib”
10:39 -Rusiyada kreditlərin gecikdirilməsinə görə penya və cərimələr tətbiq olunmaya bilər
10:38 -Ukraynanın paytaxtı Kiyevin müdafiə komandiri, general-polkovnik Aleksandr Sirski şəhərdəki son vəziyyəti açıqlayıb:
“Qarşı tərəfin bütün hərəkətləri nəzarət altındadır, vaxtında qərarlar qəbul edilib. Paytaxtda durum nəzarət altındadır. Rusiyanın bütün cəhdləri uğursuz olub, texnikaları məhv edilib. Rusiya ciddi itkilər verib, qoşunu demorilizə olunub. Biz göstərdik ki, evimizi çağırılmamış qonaqlardan müdafiə edə bilirik”
10:14 -Britaniyanın BP şirkətindən dən sonra Norveçin “Equinor” enerji şirkəti də Rusiyada çıxmaq qərarına gəlib.
10:11 -The Guarduian hazırda vəziyyəti belə təsəvvür edir.
10:10 -Finlandiyanın ən böyük supermarket şəbəkələrindən biri “S-ryhm” rus mallarını piştaxtalardan çıxarır (TASS).
09:51 – Hazırda Rusiyada 1 dollar 107.49 rubla ticarət olunur. Bu da USD/RUB cütlüyündə 28.4% artımdır.
09:50 – Ukrayna nümayəndə heyəti artıq Belarus sərhəddində, bu gün səhər saatlarında başlayacaq danışıqlar yerinin girişindədir. (TASS)
09:48 – Azərbaycanda Rusiya rublunun məzənnəsi 22% azalmaqla 1 rubl 0.0157 manat olub.
08:59 – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya məxsus hərbi gəmilərin Bosfor və Çanaqqala boğazından keçməsinə qadağa qoyulması tələbini Nazirlər Kabinetinin iclasında müzakirə edəcək.
08:09 – “Reuter”s xəbər verir ki, “Bank of China” Sinqapur filialı Rusiya nefti və Rusiya şirkətləri ilə sövdələşmələrdə maliyyə dəstəyini dayandırıb.
08:09 -Ukrayna ordusu Volnovaxa şəhərini geri alıb, Berdyansk itirilib
07:58 – Avropa İttifaqı Rusiya Federasiyası Mərkəzi Bankının ehtiyatlarının və aktivlərinin idarə olunması ilə bağlı əməliyyatları qadağan edib
07:57 -Rumıniya Ukraynaya hərbi texnika göndərəcək
07:34 – Avropa Komissiyasının rəhbəri: Ukrayna Avropa Birliyinə üzv olacaq
07:30 – ABŞ Ukraynaya humanitar yardım üçün 54 milyon dollar ayırıb
07:12 – Aİ Ukraynaya 450 milyon avroluq silahlar verəcək
06:53 – Ukrayna hərbçiləri Makarov yaxınlığında Rusiya texnika karvanını əhatəyə alıb
06:21 – Ukrayna ordusu: Rusiyanın insan itkisi 4 500 nəfərə çatıb
28.02.2022
20:22 -”Biz qalib gələnə qədər hərbiçilərə ayda 100 000 qrivn (təxminən 5500 AZN ) ödəniləcək” Zelenski
20:13 – Zelenski: “Mən bu görüşün nəticəsinə inanmıram, amma hər halda cəhd etsinlər, bu “kiçik də olsa, şansdır”
19:58 -Portuqaliya da Rusiya üçün hava məkanın bağladı
19:47 -Ukraynanın xarici işlər naziri Dmitro Kuleba: “Bu, dünyanın ən böyük təyyarəsi olan AN-225 “Mriya” idi. Rusiya bizim “Mriya”mızı məhv edə bilər. Amma onlar heç vaxt bizim güclü, azad və demokratik Avropa dövləti arzumuzu məhv edə bilməyəcəklər. Biz qalib gələcəyik!”.
19:15 -Ukrayna və Rusiya arasında danışıqlar başladı
18:20 -Almaniya bazar ertəsindən etibarən Ukraynaya silah tədarük etməyə başlayacaq – Almaniyanın Kiyevdəki səfiri bildirib
17:26 -Vladimr Putin hazırda müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla görüşür. Putin Qərbin aqressiv bəyanatlarına cavab olaraq Müdafiə Nazirliyinə silahlı qüvvələri xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib.
17:25 -Rusiya prezidentinin və bir çox dövlət qurumlarının saytları çöküb, giriş mümkün deyil.
Analoji hal həmçinin bir çox xəbər saytlarında da baş verir.
15:28 -İtaliya öz hava məkanını Rusiya təyyarələri üçün bağlayır.
15:20 -Ukrayna Xarkovu yenidən geri qaytarıb. Vəziyyət Ukraynaın nəzarətindədir.
Ukrayna rəsmisi bildir.
15:04 -Ukrayna Rusiyanı beynəlxalq məhkəməyə verib
14:00 – İslandiya Rusiya üçün hava məkanını bağlayır
13:43 -Rusiya nümayəndə heyəti 15:00-a qədər Qomeldə Ukraynanın nümayəndə heyətin gözləyəcək
Ukrayna tərəfi isə görüşə getməyəcəklərini bildirib.
13:38 -“Ukrayna ilə danışıqlar zamanı atəşkəs olmayacaq” – Peskov
13:36 -Yaxın vaxtlarda Rusiya Prezidenti Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcək
13:35 -Danimarka hava məkanını Rusiya üçün bağladı
12:00 –Ukrayna Rusiyanın müharibənin üçüncü günündəki itkilərini açıqladı
Siyahı belədir:
3000-dən çox şəxsi heyət və 200-dən çox məhbus (məlumat təsdiqlənməlidir);
təyyarə – 16 ədəd, vertolyot – 18 ədəd; tank – 102 ədəd; 540 ədəddən çox müxtəlif növ ziehli döyüş maşınları. BUK (zenit-raket kompleksi) – 1 ədəd; 20-dən çox avtomobil.
11:29 -Zelenski Rusiyanın Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib
-Zelenski bildirib ki, biz danışıqlar üçün Varşava, İstanbul, Bakı şəhərlərini Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhərləri
11:15 -Peskov: Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün Belarusa gəlib və danışıqlara Qomeldə başlamağa hazırıq.
Rusiyanın nümayəndə heyəti Qomeldə Ukraynalıları gözləyir
10:58 -Çexiya Ukraynaya silah yardımı göndərib
10:40 -Hazırda Ukraynada vəziyyət:
Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri rus qoşunlarının Xarkov müdafiəsini yarıb keçdiyini təsdiqləyib;
Novaya Kaxovka meri şəhərin tam Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğunu bildirib.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Kiyev artıq Çernobıl AES-də nüvə təhlükəsizliyinə zəmanət verə bilməz.
10:20 -Portuqaliya hökuməti Ukraynaya silah, qumbara və digər hərbi texnika göndərəcək
10:25 -Rusiya Federasiyası Müdafiə Nazirliyi: Ötən gün Silahlı Qüvvələr Xerson və Berdyansk şəhərlərini, Geniçesk və Xerson yaxınlığındakı Çernobaevka aerodromunu nəzarət altına alıblar.
8:55 -Rus ordusu Ukraynada neft anbarını vurub
Kiyev vilayətinin Vasilkov şəhərində yerləşən neft anbarı Rusiya ordusu tərəfindən vurulub
8:50 -Avropa İttifaqı Rusiya aviaşirkətləri üçün hava məkanını bağlayır
8:20 -SWIFT sistemini Rusiya banklarına bağlamağa hazır olduğunu bildirdi
26.02.2022
23:43 -Fevralın 27-də Aİ Xarici İşlər Nazirləri Ukraynadakı vəziyyətlə bağlı təcili iclas keçirəcək
23:42 -Ukrayna Energetika Naziri Rusiyanın enerji şəbəkəsinə qoşulmaqdan imtina ilə bağlı fərman imzaladığını açıqlayıb
22:12 -Almaniya Ukraynaya silah göndərmək qərarına gəlib – 1000 tank əleyhinə silah və 500 “Stinger” raketi.
Bundan əvvəl Almaniya hökuməti dəfələrlə Ukraynaya silah tədarükünün əleyhinə olduğunu bəyan etmişdi.
21:56 -Azərbaycan Ukraynaya €5 milyonluq humanitar yardım göndərdi
Ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarə Azərbaycandan havaya qalxıb. Ukrayna xalqı üçün humanitar yardım yoldadır. Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.
21:51 -Zelenski bildirib ki, “bütün Avropa ölkələri” Rusiyanı SWIFT-dən ayırmağa razılaşıblar
21:49 -SOCAR Ukraynada təcili tibbi yardım maşınlarını fasiləsiz pulsuz benzinlə təmin edəcək
21:46 -CNN: Kiyev “yıxılacağı təqdirdə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq oluna bilər”
21:41 –Latviya Ukraynaya hərbi yük və tibbi ləvazimatlar olan 30-dan çox yük maşını göndərib.
21:18 –Sloveniya Rusiya təyyarələri üçün hava məkanını bağlayır
20:57 –Odessa vilayətində 19.00-dan 6.00-dək komendant saatı tətbiq edildi
20:46 -ABŞ Rusiyanın Mərkəzi Bankına qarşı sanksiyaları nəzərdən keçirir – “Bloomberg
20:42 -Rusiya Federasiyasının Nəqliyyat nazirliyi bildirib ki, Rusiya hava məkanını bağlayan ölkələrə qarşı eyni addımı atacaq
20:40 -Polşa, Çexiya, Bolqarıstan, Rumıniyadan sonra Latviya da öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb
17:59 -Dmitri Kuleba: Rusiya Federasiyasının SWIFT-dən ayrılması üçün hazırlıqlara başlanılıb
17:47 -Türkiyə Rusiyanın hərbi gəmilərinin Qara dənizdə boğazlardan keçidinə qadağa qoydu – Zelenski bildirib.
17:31 -Almaniya da Rusiyanın SWIFT-dən ayrılmasını dəstəklədi.
17:30 -Rumıniya da Rusiya təyyarələri üçün hava məkanını bağlayıb
16:36 -Kiyevdə küçəyə çıxmaq yasaqlandı
Kiyevdə 28 fevrala qədər 17:00-08:00 saatları arasında küçəyə çıxmaq yasaqlanıb.
Bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
O bildirib ki, sözügedən müddətdə küçədə olanlar düşmən sayılacaq.
16:34 -Gürcüstan hökumətinin ehtiyat fondundan Ukraynaya 1 milyon lari (540 min manat) yardım ayrılacaq.
15:58 -Kiyev-Jitomir körpüsü partladıldı
Hadisənin detalları hələlik açıqlanmır. Xatırladaq ki, Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin irəliləməsinə mane olmaq və onların qarşısını almaq məqsədilə körpüləri partladırlar.
15:56 –Latviyanın AirBaltic şirkəti Rusiyaya uçuşları martın 26-dək dayandırıb.
15:24 – Ukrayna hərbçiləri Krımskoye kəndindən geri çəkilib. LPR bölmələri Krımskoye kəndini nəzarətə götürüb.
Ukraynanın Luqansk vilayətinin qondarma administrasiyasının rəhbəri Sergey Qayday LPR-nin Krımski üzərində nəzarəti barədə məlumatı təsdiqləyib.
15:03 – La-Manş boğazında Rusiyaya məxsus yük gəmisi ələ keçirildi. Gəminin sanksiyaya məruz qalan şirkətlə əlaqəsi olduğu güman edilir.
15:00 – Ukrayna Ordusu Lvovda Rusiya hava-desant qoşunlarının hücumunu dəf edib
14:28 – Estoniya Rusiya təyyarələri üçün hava məkanını bağlayır.
14:02 – Ukrayna Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib ki, ortalıqda qalan minlərlə rus əsgərinin cəsədini Rusiyaya daşısınlar.
Ukrayna XİN
13:28 – Ukraynanın xarici işlər naziri İtaliyanın baş naziri Mario Draqinin Rusiyanın “SWIFT-dən ayrılmasını” dəstəklədiyini söylədi.
13:19 – Ukrayna XİN rəhbəri bildirib ki, Kipr də Rusiyanın SWIFT-dən çıxarılmasını bloklamayacağı ilə bağlı zəmanət verib.
13:10 – Polşa Rusiyaya qarşı DÇ-nin seçmə mərhələsində oynamaqdan imtina edir.
12:37 – Danimarka Ukrayna ordusuna 2000 gülləkeçirməz jilet və 700 hərbi ilkin yardım çantası göndərib
12:17 – Rusiya Silahlı Qüvvələri Ukraynanın Melitopol şəhəri üzərində tam nəzarəti ələ keçiriblər
12:16 – Niderland Ukraynaya 200 zenit-raket kompleksi göndərəcək
11:54 – Rusiya Ukraynada vurduğu texnikanın siyahısını açıqlayıb
Bu barədə məlumatı jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.
Konaşenkov bildirib ki, rusiyalı hərbçilər Ukraynaya məxsus 7 döyüş təyyarəsi, 7 helikopter və 9 PUA vurublar: “Bununla yanaşı, 87 tank və digər zirehli avtomobil, 28 reaktiv yaylım atəş sistemi, 118 ədəd xüsusi hərbi avtomobil texnikası məhv edilib”.
11:42 – “Bloomberg”: “ABŞ Rusiyanı SWIFT-dən ayırmağı ciddi şəkildə düşünür”
11:26 – Qazaxıstan Rusiyaya Ukraynaya qarşı müharibəyə qoşulma təklifini rədd edib.
11:23 – Amerikanın elektronika istehsalçısı “DELL” Rusiya və Ukraynaya məhsullarının satışını dayandırıb.
11:22 -“Sky News” bildirir ki, ABŞ və Böyük Britaniya da daxil olmaqla 28 ölkə Ukraynaya silah və digər təchizatlarla dəstək verməyə razılaşıb.
11:20 -Müharibədən fotolar:
9:58 – Facebook Rusiya dövlət mediasına öz platformasında reklam edib pul qazanmağı qadağan edir
9:56 – Kiyevin mərkəzinin yaxınlığında yerləşən Vinohradar və Nivki rayonlarında partlayış səsləri eşidilir.
9:55 –Yaponyanın karqo gəmisi Qara Dənizdə atəşə tutulub.
9:34 – Co Bayden Dövlət Departamentinə, Ukraynaya 600 milyon dollar, o cümlədən müdafiə ehtiyacları üçün 350 milyon dollar ayırmağı tapşırdı
25.02.2022
22:34 – NATO Ukraynaya hərbi dəstək verəcəyini açıqladı
“Müdaxilə qüvvələrimizi dənizdə, quruda və havada hərəkətə keçirdik.
ABŞ, Kanada və Avropadakı müttəfiqlərimiz minlərlə hərbçisini ittifaqın şərq qanadına daşıdı. Gəmilərimiz Aralıq dənizindən şimala keçdi.
Rus birlikləri Kiyevə doğru irəliləyir, məqsədləri hökuməti dəyişdirməkdir.
Rusiyanı bu mənasız müharibəyə son verməyə çağırırıq. Rusiya təcavüzkardır. Belarus ona kömək edir. Rusiya bunun ağır nəticələrini ödəyəcək.
Ukraynaya hərbi və fərqli tipdə avadanlıqlarla dəstək verməyə davam edəcəyik”.
21-08 – Rusiya Müdafiə Nazirliyi: Rusiya bölmələri Sumı və Konotopu mühasirəyə aldı
20:35 – Azərbaycanın “Buta Airways” aviaşirkəti Ukrayna hava məkanının bağlanması ilə əlaqədar fevralın 28-nə planlaşdırılan Bakı-Kiyev reysini ləğv edib.
20:10 – Rusiya Avropa Şurasından çıxarılıb
Avropa Şurasının Nazirlər Komitəsi Rusiya Federasiyasının qurumdan çıxarılması barədə qərar qəbul edib.
19:25 İrlandiya Ukrayna ilə viza rejimini ləğv etdi
19:00 – Ukrayna Müdafiə Nazirliyi son vəziyyəti açıqlayıb
Fevralın 24-dən bu günə qədər Rusiya hərbi qüvvələrinin itkiləri aşağıdakı kimi təqdim edilib:
80-ə qədər tank, 516 müxtəlif növ zirehli döyüş maşını, 10 təyyarə, 7 helikopter.
18:14– Çexiya Rusiya vətəndaşlarına viza verilməsini dayandırır.
17:58– Rusiya rublu ABŞ dollarına qarşı 3.4% bahalaşaraq 1 dollar 82 rubl təşkil edib.
17:55– Rusiya Ukraynadan diplomatik münasibətlərin kəsilməsi ilə bağlı nota alıb.
17:41– Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Axtırka şəhərindəki uşaq bağçasını atəşə tutması nəticəsində 3 nəfər ölüb, 17 uşaq yaralanıb.
17:41 Lavrov deyir ki, Rusiya Ukrayna hərbçiləri silahı yerə qoyan kimi hər an danışıqlara hazırdır.
17:39– Polşa və Çexiya hava məkanını Rusiya aviaşirkətləri üçün bağlayır.
17:21– Dmitri Peskovun bildirib ki, Aleksandr Lukaşenko Putini əmin edib ki, Minsk Rusiya və Ukrayna arasında danışıqlar prosesi üçün bütün lazımi şəraiti yaratmağa hazır olacaq.
17:19– Ukrayna Quru Qoşunları: “Rusiyanın itkiləri 1000 nəfəri keçdi”
16:55– Peskov: “Rusiya danışıqlara başlamaq üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır”
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukrayna ilə danışıqlara başlamaq üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır.
16:51– Financial Times yazır ki, Aİ Rusiya prezidenti Putin və XİN rəhbəri Lavrovun aktivlərini dondurmağa hazırlaşır.
16:42 – Kiyev müdafiə mərhələsinə keçib.
16:41 – Estoniya Ukraynaya zirehli raketlər və zenit sursatları göndərəcək
16:40 – İngiltərənin “Mançester Yunayted” futbol klubu “Aeroflot”la müqaviləni pozub.
16:10 – Putin Zelenski ilə danışıqlara hazır olduğunu açıqladı.
“Rusiya Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazırdır”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Çin Prezidenti Si Cinpinlə telefon danışığı zamanı bildirib.
15:50 – Zelenski Ukrayna prezidentinin ona cavab verməməsindən şikayət edən İtaliyanın Baş naziri Mario Draqini biabır edib.
“Növbəti dəfə hərbi qrafikimi uyğunlaşdırmağa çalışacağam”,
– deyə prezident söyləyib.
15:48 –
KİV: Ukrayna Ordusu Rusiyanın hərbi aeroportuna raket zərbəsi endirib pic.twitter.com/29fBKyAEbp
— Banker Azərbaycan (@BankerAz) February 25, 2022
15:46 – Rusiya hərbi birləşmələrinin “Uraqan” raketi Sumi vilayətinin Axtırka şəhərindəki uşaq baxçasına düşüb. Ölən və yaralıların arasında uşaqlar da var. (Ukrayna 24)
15:23 – Zelenski danışıqlar masasına oturmaq təklifi ilə Putinə müraciət edib (TASS)
15:15 –“Təəssüf ki, Avropa İttifaqı Rusiya-Ukrayna gərginliyində qətiyyətli davramadı”
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Qərb təşkilatları yalnız nəsihət verirlər. Bu nəsihətlərlə nəticə əldə etmək mümkün deyil. Çoxlu məsləhət verən Qərb indi də yalnız danışır, əməli fəaliyyət yoxdu”, – deyə o bildirib.
15:10 – Ukrayna Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısı Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-35 qırıcısını məhv edib
Ukraynanın UNIAN nəşri həmin görüntüləri sosial şəbəkədə paylaşıb.
İlkin məlumata görə, hadisə Ukraynanın Xarkov vilayəti səmasında baş verib.
14:15 – Lavrov: “Heç kim Ukraynanı işğal etmək fikrində deyil”
Rusiyanın xarici işlər naziri Serqey Lavrov heç kimin Ukraynanı işğal etmək fikrində olmadığını vurğulayıb.
O, Rusiya hökumətinin ukraynalıların “nasizmin zülmündən” azad edilməsi və öz gələcəyini sərbəst müəyyən edə bilməsi üçün Donbasda xüsusi əməliyyat keçirmək qərarına gəldiyini əlavə edib.
13:56 – “Düşmən Kiyevi ələ keçirməyə çalışır” -Ukrayna Baş Qərargahı.
13:50 – Rus qoşunları həm şimaldan, həm də şərqdən paytaxt Kiyevə doğru irəliləyir.
13:44 – UEFA ÇL-nın final oyununu Sankt-Peterburqdan Parisə köçürür.
13:19 – Kiyev, Xarkov və Çerniqovda həyacan siqnalları verilir
12:28 – Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ukraynada baş verənlərə münasibət bildirib:
“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüququn norma və prinsipləri rəhbər tutularaq, bu məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsi çox vacibdir. Bu xüsusda da atəşkəsə nail olunması vacib, təməl addımlardan biridir. Azərbaycan beynəlxalq münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərini həmişə rəhbər tutur. Bu sırada da dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələsini xüsusi qeyd etmək istərdim”.
12:28 – Ukrayna prezidentinin ofisinin müşaviri Zelenskinin Kiyevdə olduğunu bildirir.
12:25 – “Molotov” kokteyli hazırlayın ki, işğalçını zərərsizləşdirəsiniz! Dinc sakinlər, ehtiyatlı olun! Evlərinizi tərk etməyin!” – Ukrayna Müdafiə Nazirliyi.
12:22 – Rusiya desantlarının Çernobıl elektrik stansiyasına nəzarəti ələ keçirdiyini deyir.
12:19 – Rusiya hərbi maşınları hazırda Kiyevin şimal rayonları ilə hərəkət edir.
12:17 – Rusiya ordusu Ukraynanın 118 hərbi infrastruktur obyektini məhv etdiyini bildirib.
12:16 – Ukrayna müdafiə nazirinin müavini bildirib ki, Rusiya ordusu Obolon istiqamətindən Kiyevin mərkəzinə doğru irəliləyir.
12:07 – Ukraynanın mərkəzinə doğru irəliləyən Rusiya hərbçiləri məhv edilib
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirir.
12:06 – “Evdən çıxmayın, ehtyatlı olun!”
“Dinc sakinlər ehtiyatlı olun! Evdən çıxmayın!”
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat yayılıb.
“Düşmənin hərbi təxribat-kəşfiyyatçıları Obolonidədir. Vətəndaşlardan texnikaların verilməsini xahiş edirik. “Molotov kokteyli” düzəldib işğalçılara atın!”.
11:37 – Ukrayna ordusu Kiyevin kənarında rus qoşunlarına qarşı döyüşür
11:35 – Böyük Britaniyanın müdafiə naziri indiyədək 450 rus əsgərinin öldürüldüyünü təxmin edir.
11:11 – Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Anjey Duda ilə telefon danışığı aparıb və müdafiə yardımı tələbi ilə “Buxarest 9-luğu”na daxil olan ölkələrə müraciət edib.
10:22 – Ukrayna KİV-i iddia edir ki, yaxın dəqiqələrdə Rus qırıcıları Kiyevdə bombardman həyata keçirəcək.
10:12 – Müharibəndən rusiyalı milyarderlər $39 mlrd. sərvət itirib – Ən çox itki Vahid Ələkbərovdadır (ətraflı)
09:54 – Kiyevdə və Lvovda yenidən sirenalar işə düşür
09:50 – Rusiyanın hərbi maşınlarının Kiyevin 30 km yaxınlığında olduğu bildirilir.
09:33 – Türkiyə Ukraynanın boğazları bağlamaq tələbini cavablandırıb
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Türkiyəyə Rusiya gəmiləri üçün boğazları bağlamaq tələbinə münasibət bildirib:
Türkiyə Montrö Konvensiyasına görə döyüşməyən tərəf kimi döyüşən dövlətlərin hərbi gəmiləri üçün boğazları bağlaya bilər, lakin bu halda belə Rusiyanın boğazlardan keçmək hüququ var. Konvensiya hərbi donanmanın bazaya qayıtmasını nəzərdə tutur.
09:20 – Ukrayna Mərkəzi Bankı Rusiya və Belarus rublu ilə olan bütün əməliyyatlara qadağa qoyub
“Səlahiyyətli qurumlara Rusiya və Belarus rublundan istifadə etməklə hər hansı valyuta əməliyyatı aparmaq qadağandır”, – tənzimləyicinin bəyanatında deyilir.
08:59 – Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen:
“Bu axşam təsdiqlənən kütləvi və məqsədyönlü sanksiyalar paketi Aİ-nin nə qədər vahid olduğunu göstərir.
Birincisi, bu paketə Rusiya bank bazarının 70%-ni və müdafiə sənayesi də daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyaları daxildir.
İkincisi, biz xüsusilə Rusiya dövlətinə fayda verən əsas iqtisadi sahə olan enerji sektorunu hədəfləyirik.
İxrac qadağamız Rusiyanın neft emalı zavodlarını təkmilləşdirməsini qeyri-mümkün etməklə, neft sektoruna zərbə vuracaq.
Üçüncüsü: Rusiya aviaşirkətlərinə təyyarə və avadanlıqların satışını qadağan edirik.
Dördüncüsü, biz Rusiyanın yarımkeçiricilər və ya qabaqcıl proqram təminatı kimi mühüm texnologiyalara çıxışını məhdudlaşdırırıq.
Nəhayət: vizalar. Diplomatlar, əlaqəli qruplar və iş adamları artıq Avropa İttifaqına imtiyazlı giriş əldə etməyəcəklər.
08:59 – Ukraynalı məşhur bokuçu Vladimr və Vitali Kliçko qardaşları da əllərinə silah alıb döyüşəcəklərini bildiriblər
08:44 – Kiyevdə Rusiyaya məxsus hərbi təyyarə vurulub
08:44 – Kiyevə raket qalıqları yaşayış binasına düşüb, xəsarət alanlar var
“Kiyevdə Rusiya pilotsuz uçuş aparatının düşməsindən sonra Kosice küçəsi, 7 a ünvanında 9 mərtəbəli yaşayış binası 4-cü mərtəbədən 9-cu mərtəbəyə kimi yanıb. Xilasedicilər onu söndürüblər.
Yəqin ki, mülki əhali arasında çoxlu itki var!” – DİN müşaviri Anton Qeraşenko.
08:44 – Ukrayna itkilərin sayını açıqladı
Müharibənin birinci günündə Rusiya qoşunlarının itkisi təxminən 400 nəfər təşkil edib.
Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.
“İlkin hesablamalara görə 400 nəfərə yaxın rus hərbçisi öldürülüb. Birgə Qüvvələr Əməliyyatı zonasında Rusiyanın 7 təyyarəsi, bir neçə helikopteri vurulub. Onlarla hərbçi əsir götürülüb”, – Arestoviç vurğulayıb.
08:32 – Xarkovda metroda gecələyən ukraynalılar
Kharkiv metro, Ukraine tonight. Reminiscent of the Blitz in London during WW2 pic.twitter.com/4MtoJlQ5Oy
— Ragıp Soylu (@ragipsoylu) February 24, 2022
08:29– Ukrayna Müdafiə Nazirliyi: Rus tankları Kiyevə doğru irəliləyir, lakin İvankov yaxınlığında döyüş başlayıb. Ukrayna hərbi qüvvələri rus karvanını dayandırmaq üçün körpünü partladıb. Rus qoşunları buranı dəf etsə, Vışqorod vasitəsilə Kiyevə hücum etmək imkanı əldə edəcəklər.
08:20– Makron Fransanın Ukraynaya 1.2 mlrd. avro iqtisadi yardım edəcəyinən bağlı qərar verib.
08:19– Rusiya Ukraynaya 160 raket atıb – Pentaqon
06:34 – Kiyevin bombalanması başlandı. Bu haqqda Daxili İşlər Nazirinin müavini Anton Qeraşenko məlumat verib. O bildirib ki, şəhər qanadlı və ballistik raketlərlə bombalanır.
05:43 – Kanada Rusiya Mərkəzi Bankı və digər bankları, həmçinin maliyyə nazirliyinə, bəzi deputat və iş adamlarına qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
24.02.2022
23:00 – Rusiya qoşunları Ukraynanın Xerson şəhərinə girib
21:35 – Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova feysbuk səhifəsində məlumat verib.
“Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir”, – Şevtsova bildirib.
20:35 – Kiyevdə komendant saatı tətbiq edilib
Kiyev şəhər hakimiyyəti fevralın 24-dən komendant saatı tətbiq edib. “Komendant saatı saat 22:00-dan 07:00-a kimi qüvvədə olacaq. Komendant saatı zamanı ictimai nəqliyyat işləməyəcək, metro stansiyaları gecə-gündüz sığınacaq kimi fəaliyyət göstərəcək.
19:58 – CNN: Rusiya hərbçiləri Kiyevdən 40 km məsafədəki Antonov aeroportuna nəzarəti ələ keçirib
19:15– Britaniya kəşfiyyatı Rusiya Ordusunun 3 istiqamətdə üstünlüyü ələ keçirdiyini açıqlayıb
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti bildirib ki, Rusiya quru qoşunları sərhəd boyunca ən azı üç istiqamətdə – şimal, şərq və Krımdan cənub istiqamətində üstünlüyü ələ keçirirlər.
18:40 -Xarkov şəhəri bombalanır.
Xarkovda dinc əhali arasında itkilərin olmadığı bildirilib. Şəhər administrasiyası təcili olaraq sakinləri sığınacaqlara yerləşməyə çağırıb.
17:42 – Rusiya Hərbi Kosmik Qüvvələrinə məxsus Su-25 təyyarəsi qəzaya uğrayıb.️
17:42 – Ukrayna Baş Qərargahı: Qara dəniz bölgəsində “Bayraktar”dan istifadə edirik
“Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir.
Rudnya (Belarus) – Vystupoviçi (Ukrayna) istiqamətində düşmən iki tank, zirehli transportyor və texnikanın qüvvəsi ilə dövlət sərhədini keçməyə cəhd edib. Döyüş nəticəsində düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib.
Putivl bölgəsində düşmən tanklarının hücumu dayandırılıb.
Vışqorod səmasında KA-52 helikopteri vurulub. Geniçesk, Skadovsk, Çaplinka şəhərləri yaxınlığında döyüşlər gedir. Birlikdə qazanacağıq!”.
17:02 – Ukrayna KİV Melitopoldakı aeroprtun vurulması ilə bağlı məlumatlar yayır:
Ukrayna KİV Melitopoldakı aeroprtun vurulması ilə bağlı məlumatlar yayırlar#ukraynarusya pic.twitter.com/phmwAasB2W
— Banker Azərbaycan (@BankerAz) February 24, 2022
16:50 -Mc’Donalds Ukraynadakı bütün restoranlarını bağlayır.
16:28 -UEFA Sankt-Peterburqu Çempionlar Liqasının finalına ev sahibliyi ləğv etməyə hazırlaşır
16:02 -Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin Kiyev vilayətində qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
15:54 – Ukraynadakı əməliyyat müddətini Putin müəyyən edəcək, Dmitri Peskov deyib.
15:30 – NATO-nun Baş katibi Yents Stoltenberq: “Bu, Rusiyaya baha başa gələcək”
“NATO üzvləri Rusiyaya ağır sanksiyalar tətbiq edirlər. Biz tərəfdaşlarımızla birlikdə çalışırıq. Məqsədimiz daha hazırlıqlı ordu hazırlaya bilməkdir. Ukrayna xalqının cəsarəti təqdir ediləsidir. Mesajımız konkretdir: heç vaxt beynəlxalq hüququn pozulmasını qəbul etməyəcəyik”.
15:23 – Kremlin sözçüsü Dimtri Peskov deyir ki, birjalar reaksiyası “emosionaldır” və tezliklə sabitləşəcək.
15:15 – Peskov: Rusiyanın Ukraynanı demilitarizasiya əməliyyatının vaxtını Putin müəyyən edəcək və onun effektivliyindən, məqsədəuyğunluğundan asılı olacaq.
15:08 – Peskov bildirib ki, Rusiyanın məqsədi Ukraynanın denasifikasiyasıdır: ideal olaraq ölkəni nasistlərdən təmizləməkdir.
15:01 – NATO-nun Daimi Nümayəndələri böhran zamanı alyans ölkələrində cavab qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan müdafiə planını aktivləşdirməyə razılaşıblar.
“Eskalasiyanı seçən Rusiyadır və tək Rusiyadır”- deyə NATO bildirir.
14:54 – Putin Rusiyanın aparıcı biznes liderlərini bu gün axşam Kremldə görüşə çağırıb, Qərb KİV
14:49 – Zelenski ümumi səfərbərlik haqqında qanun layihəsini Ali Radaya təqdim edib.
14:33 – Brent neftinin qiyməti 105 dollar/barel-ə yüksəldi.
14:12 – Ukrayna Baş Qərargah İdarəsi: Ukrayna ordusu Qara dənizdəki Zmeynıy adasını geri almağı bacardı, adaya tam nəzarət ordumuzun əlindədir.
14:12 – Kiyevin bəzi yerlərində yenidən partayış səsləri eşidilir, havaya tüstü qalxır.
13:55 – Birləşmiş Krallığın baş naziri Boris Conson deyir ki, Ukraynaya qarşı müharibə “bizim qitəmiz üçün fəlakətdir”
13:50 – Ukrayna rəsmisi indiyədək 40 Ukrayna əsgərinin öldürüldüyünü bildirib.
13:35 – Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsdi. (RİA)
13:33 – Ukraynanın Xarkov şəhəri yaxınlığında Rusiya ordusunun 4 tankı məhv edilib.
13:23 – Moldovanın Dnestryanı ərazisindən Ukraynaya doğru raketlər atılır.
Moldovanın Dnestryanı ərazisindən Ukraynaya doğru raketlər atılır. pic.twitter.com/vLGYX1SQ3D
— Banker Azərbaycan (@BankerAz) February 24, 2022
13:18 – Lukaşenko Rusiya-Ukrayna danışıqlarının Minskdə keçirilməsini təklif edib, BelTA xəbər verir.
13:14 – Azərbaycan XİN Ukraynadakı vətəndaşlara müraciət edib
Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə edir. Ətraflı
13:04 – Ukrayna 50 rus əsgərini öldürdüyünü, 6 təyyarəni və 1 helikopterini vurduğunu bildirir
12:54 – Rusiyanın RTS (Rusiya Ticarət Sistemi) artıq 50% düşdü.
12:53 – Litva prezidenti Ukrayna hadisələrinə görə ölkədə fövqəladə vəziyyət elan edib.
12:49 – Britaniya Xarici İşlər naziri Liz Trass:
“Prezident Putinin Ukrayna xalqına qarşı dəhşətli, əsassız hücumunu qətiyyətlə pisləyirəm. Biz Ukraynanın yanındayıq və bu dəhşətli təcavüz aktına cavab vermək üçün beynəlxalq tərəfdaşlarımızla birlikdə çalışacağıq.”
I strongly condemn the appalling, unprovoked attack President Putin has launched on the people of Ukraine.
We stand with Ukraine and we will work with our international partners to respond to this terrible act of agression.
— Liz Truss (@trussliz) February 24, 2022
12:46 – Şirkətdən verilən məlumata görə, “RussNeft”in neft ixracı normal şəkildə davam edir.
12:39 – Belarus ordusunun Ukrayna müharibəsində iştirakını inkar edir.
12:37 – Ukrayna Mərkəzi Bankı hesabdan nağd pul çıxarılmasını 100 min qrivna və ya 3.5 min dollara qədər məhdudlaşdırıb.
12:35 – Ukrayna tərəfi rəsmi şəkildə Rusiya HHQ məxsus 6-cı döyüş təyyarəsinin vurulduğu bildirir.
11:57 -Ukrayna Türkiyədən Dardanel və Bosfor boğazını bağlamağı tələb etdi
Ukraynan Türkiyədən Çanaqqala (Dardanel) və Bosfor boğazlarının bağlanmasını tələb edib, “RİA Novosti” xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri bildirib.
“İndi Ukraynaya dəstəyin verilməsi vacibdir. Ona görə də, Türkiyə rəhbərliyinə müraciət edirəm, xahiş edirəm, Ukraynaya kömək edin. Biz Çanaqqala (Dardanel) və Bosfor boğazlarının bağlanmasını tələb edirik. Rusiya tərəfində qarşı sanksiyaların tətbiq olunmasını istəyirik. Müdafiə silahlarının təmin edilməsi ilə bizə veriləcək dəstək də önəmlidir”, – deyə mesajda bildirilir.
11:54 – Rusiya ordusu bildirir ki, Ukrayna hərbiçiləri silahları atıb, ərazini tərk edirlər (TASS).
11:54 -Rusiyanın RTS (Rusiya Ticarət Sistemi) 30% ucuzlaşdı.
11:49 – Rusiya Azov dənizində gəmi xəttini bağlayır
11:48 – AZAL Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.
AZAL-dan bildirilib ki, sözügedən qərar NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.
Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Həmin müddət təxminən 3 saat 20 dəqiqə təşkil edəcək.
11:47 – Avropada təbii qazın hər kub mütrinin qiyməti 1 400 dollara qalxıb.
11:43 – Qondarma “LXR”nin xalq milisi xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus iki “Bayraktar” “Şastye” kəndi yaxınlığında vurulub.
11:39 – Rusiya ordusu Xarkov vilayətinə daxil olub
Rusiya qoşunları Çerniqov, Sumı, Luqansk, Xarkov vilayətlərində dövlət sərhədini pozub.
bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Ukraynanın bir neçə hərbçisi yaralanıb.
“Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları düşməni dayandırmaq üçün bütün tədbirləri görür”, – məlumatda vurğulanıb.
11:17 – Kiyevdə aviazərbə nəticəsində 1 nəfər ölüb, 6 yaralı var
11:10 – Moskva Birjası indeksi 2020-ci ilin noyabrından bu tərəfə ilk dəfə olaraq 2700 bənddən aşağı düşüb.
11:05 – Kiyevdə xəstəxanalar gücləndirilmiş iş rejiminə keçib
11:00 – Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovar şəhərini atəşə tutması nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə yaralanıb, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
10:50 – Belarus prezidenti Aleksandr Lukaşenko hərbçilərlə əməliyyat müşavirəsi keçirir
10:36 – Ukraynanın Xarkov şəhərinin cənubundakı yaşayış kompleksinə aviazərbələr endirildiyi bildirilir
Xarkovun cənubundakı yaşayış kompleksinə aviazərbələr endirilib pic.twitter.com/JIWZJCDEnO
— Banker Azərbaycan (@BankerAz) February 24, 2022
10:36 – Zelenski dünya liderlərini Putinə qarşı koalisiya yaratmağa çağırdı
O, ABŞ, Almaniya, Böyük Britaniya, Polşa və Avropa İttifaqı lidferlərindən Putini dərhal dayandırmağı xahiş edib
“Putini dərhalı dayandırmağa çağırıram, Ukrayna və dünyaya qarşı müharibəni dayandırmağa çağırıram. Anti-Putin koalisiyası yaradırıq. Dərhal sanbksiyalar tətbiq olunsun, Ukraynaya maliyə və müdafiəı dəstəyi verilsin. Hava məkanının dayandırılması. Dünya Rusiyanı sülhə vadar etməlidir”
10:34 – Ukraynanın Mirqorod şəhəri hazırda
Mirqorod şəhəri hazırda pic.twitter.com/wrqnnqnSrl
— Banker Azərbaycan (@BankerAz) February 24, 2022
10:33 – Hava limanının cədvəlinə əsasən, Moskvadan Rusiyanın cənubuna 70-dən çox reys ləğv edilib.
10:31 – Brent markalı xam neftin may fyuçerslərində qiyməti 5%-dən çox bahalaşaraq 101.75 dollar/barrel oldu.
10:20 -Ukrayna rəsmisi ehtimal edib ki, indiyədək həlak olmuş hərbçinin yüzlərlədir.
10:19 – Almaniya Rusiyanı hərbi münaqişəni dərhal dayandırmağa çağırır
10:11 – Rusiya ordusu: Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini zərərsizləşdirdib.
10:07 – Ukrayna Sərhəd Xidmətinin hərbçiləri Rus ordusuna heç bir müqavimət göstərmir, Rusiya Müdafiə Nazirliyi.
10:03 – Ukrayna ordusu beş rus təyyarəsi və bir helikopterin vurulduğunu bildirib.
10:00 – Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti bildirir ki, separatçılar Luqansk vilayətində iki kəndi – Melovoe və Qorodişçeni ələ keçiriblər.
09:54 – Ukrayna ordusunun məlumatına görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri ölkənin şərqində Rusiya hərbi təyyarəsini vurub.
09:52 – Ukrayna Prezidenti Volodimir Zelenski və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub. Telefon danışığında ABŞ-ın Ukraynaya beynəlxalq yardımının başladığı bildirilib.
Vışqoroddan Kiyevə girişdə maneələr qurulub. Avtomobillərin sənədlərinin, baqajlarının və içindəkilərin yoxlanışı aparılır pic.twitter.com/fA87SkwXHt
— Banker Azərbaycan (@BankerAz) February 24, 2022
09:47 – Ukraynanın Lvov şəhərində də sirena səsləri eşidilir
09:44 -Ukrayna Ukrayna Xarici İşlər Nazirliyindən müharibə açıqlaması
“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını elan etdi. Hərbi hücum əməliyyatının məqsədi Ukrayna dövlətinin məhv edilməsi, Ukrayna ərazisinin güc yolu ilə tutulması və işğal yolu ilə nəzarətin təmin olunmasıdır”.
Məlumatda qeyd olunur ki, Rusiya qoşunları müxtəlif istiqamətlərdən dinc Ukrayna şəhərlərinə hücum edir:
“Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib.
Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, qoşunlarımız işğalçı dövlətin hücumunu dəf etməyə hazırdırlar və Ukrayna torpağını bütün gücləri ilə müdafiə edəcəklər”.
09:37 -ABŞ lideri Co Bayden Ukrayna müharibəsinə görə Rusiyaya qarşı “ciddi sanksiyalar” tətbiq edəcəyinə söz verdi.
09:33 -Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın hava hücumunu dəf etməyə cəhd edir.
Hal-hazırda Volyn vilayətindəki 3 aeroport bombardman edilir.
09:31 -CNN bildirir ki, Belarus əsgərləri Ukraynaya hücumda Rusiya qoşunlarına qoşulub.
09:28 -“SPB Exchange” (Sankt-Peterburq Birjası) ticarətini dayandırıb, bu barədə saytın məlumatında deyilir.
09:20 – Kiev hazırda
Kievdə sirena səsləri eşidilir. pic.twitter.com/aZAE9rjAFX
— Banker Azərbaycan (@BankerAz) February 24, 2022
09:10 -Ukrayna prezidenti ölkə ordusunun fəaliyyət başında olduğunu deyib və insanları panikaya düşməməyə çağırıb
09:08 -Ukrayna rəsmiləri deyirlər ki, Rusiya zərbələri ölkənin hər yerindəki hərbi obyektlərə, o cümlədən iri şəhərlərdəki aerodromlara və silah anbarlarına endirilib.
Çuquyev şəhərindəki aeroport pic.twitter.com/2nXd2ZPhDa
— Banker Azərbaycan (@BankerAz) February 24, 2022
09:06 – Ukraynada hərbi vəziyyət tətbiq edilib
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
09:06 – Hazırda Kiyev, Odessa, Kramatorsk, Xarkov, Berdyansk və digər şəhərlərdə partlayış səsləri eşidilir.
09:05 -Rusiya tərəfi bildirir ki, yüksək dəqiqliklə hədəfi vuran silahlar tətbiq edilir. Əhali hədəfə alınmayıb
09:03 -Moskva birjasındakı (IMOEX) aparılan bütün əməliyyatları dayandırdılır.
09:01 -Kiyevin meri əhalini evlərində qalmağa çağırdı
08:59 – Brent neftinin qiyməti 101.36 dollar oldu
08:54 – Ukrayna rəsmləri deyir ki, Rusiya hərbi birləşmələri Xarkova tərəf istiqamət alıb, Qərb KİV-i
08:30 – Ukrayna paytaxt və Xarkovda partlayış səsləri eşidilir. Ölkə rəsmləri bildirir ki, hər iki balistik raket Kiyev aeroportunu hədəf alıb.
07:45 – Ukrayna xarici işlər naziri bildirir ki, “bu müharibə aqresiyasıdır” və Ukrayna özü müdafiə edəcək və qalib gələcək”
07:30 – Bayden: “Putin müharibəni seçdi”
“Rusiyanın rəhbəri Vladimir Putin insan itkisi və iztirablara səbəb olacaq müharibəni seçib”.
Bu barədə ABŞ prezidenti Co Baydenin bəyanatında deyilir.
ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın Ukraynaya qarşı hərəkətlərinə vahid və qəti cavab verəcəklər.
“Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya cavabdehdir, ABŞ, onun müttəfiqləri və tərəfdaşları vahid və qəti şəkildə cavab verəcəklər. Dünya Rusiyanı məsuliyyətə cəlb edəcək”, – Amerika lideri bildirib.
O, həmçinin bildirib ki, gecə saatlarında Ukrayna ətrafında vəziyyəti izləyəcək və baş verənlərlə bağlı mütəmadi olaraq məlumat almağa davam edəcək.
07:06 – Neftin qiyməti 100 dolları ötdü
Ukrayna və Rusiya arasında siyasi gərginliyin davam etdiyi zamanda “Brent” neftinin aprel fyuçersləri 3.30 % bahalaşaraq, 1 bareli 101.04 ABŞ dollarına satılıb.
07:10 -Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reys ləğv edilib
NOTAM (aviasiya personalı üçün beynəlxalq məlumatlandırma sistemi) məlumatına əsasən Ukraynanın hava məkanı hüdudlarında mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə əlaqədar Azərbaycanın “Buta Airways” aviaşirkəti Bakı-Kiyev-Bakı marşrutu üzrə bugünki reysini ləğv edib.
“Buta Airways”in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu marşrut üzrə bilet əldə etmiş sərnişinlər onları digər tarixlərə dəyişdirə və ya cərimə tətbiq edilmədən geri qaytara bilərlər.
07:06 -Putin deyir ki, Rusiyaya birbaşa hücum potensial təcavüzkar üçün məğlubiyyətə səbəb olacaq
“Rusiya planetin ən güclü nüvə dövlətlərindən biri olaraq qalır, ona görə də heç bir potensial təcavüzkar onun tamamilə məğlub olacağına şübhə etməməlidir.
“Hərbi sahəyə gəlincə, müasir Rusiya SSRİ-nin dağılmasından və nüvə potensialının əhəmiyyətli bir hissəsini itirdikdən sonra belə, bu gün ən güclü nüvə dövlətlərindən biridir. Üstəlik, o, bir sıra ən son silah növlərində müəyyən üstünlüklərə malikdir. Bu baxımdan, Rusiyaya birbaşa hücumun potensial təcavüzkar üçün məğlubiyyətə və dəhşətli nəticələrə səbəb olacağına heç kim şübhə etməməlidir”, – deyə Prezident bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın nüvə silahına malik olmasına icazə verməyəcək.
07:00 – Rusiya Donbasda xüsusi hərbi əməliyyat keçirir. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə yenidən müraciət edib.
Onun sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”.