9 C
Baku
Thursday, December 12, 2024

Rusiya milyarderlərinin itkisi $83 milyarda çatdı – V.Ələkbərov sərvətinin yarıdan çoxunu itirir

Rusiyanın milyarderləri artıq müharibənin gətirdiyi zərəri hiss etməyə başlayıblar.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır. Agentlik bildirir ki, Prezident Vladimir Putinin Ukraynanı işğal etmək qərarından sonra onların sərvətinin böyük hissəsindəki itkilər sürətlənir. “Bloomberg Billionaires Index”nin son açıqlamalarına görə, dünyanın ən varlı 500-lərinin siyahısında olan ultra zənginlər il başlayandan $83 milyard itki ilə üzləşiblər.

Birjalarda azalmalar o qədər sürətli olub ki, Rusiya Mərkəzi Bankı bazar ertəsi yerli ticarəti dayandırıb. Moskva birjası (IMOEX) və Sankt-Peterburq birjası tam işə düşə bilmir, bu da onların sərvətlərindəki kəskin enişi bir qədər səngidir.

Bazar ertəsi günü ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digər ölkələrin sanksiyaları gücləndirməsindən sonra qaz istehsalçısı “Novatek”dən tutmuş polad istehsalçısı “Severstal”a qədər London birjasında siyahıya alınmış Rusiya şirkətlərinin səhmləri 50%-dən çox ucuzlaşıb.

$1.5 trilyonluq iqtisadiyyata sahib Rusiya artıq hava məkanından Avropa üzərinə uçuş üçün yol tapa bilmir, bu da onların aviaşirkətləri üçün əlavə təzyiq vasitəsidir. ABŞ, Böyük Britaniya və Avropa İttifaqının “cəhənnəm sanksiyası” Rusiya Mərkəzi Bankının $640 milyardlıq valyuta ehtiyatlarını da hədəf alıb. Ölkədə böyük ixracatçılara əldə etdikləri valyutanın 80%-ni təlatümdə olan yerli valyuta bazarına yönəldilməsi tapşırılıb. Bu da yerli valyuta bazarında dollara olan tələbi qismən qarşılaya bilmək imkanı yaradır.

Xaricdən gələn bu məhdudiyyətlər ölkənin bazarlarını sarsıtdı və ölkənin ən böyük zənginlərinə təsir etdi.

Neft şirkəti “Lukoil” Publik Səhmdar Cəmiyyətinin rəhbəri, Azərbaycan əsilli Vahid Ələkbərov isə 22 rus milyarderdən ən çox itirənidir. “Bloomberg” indeksinə görə ilin əvvəlindən indiyə qədər onun sərvətinin $14 milyardı, yaxud 61.4%-i “havaya sovrulub”. Neft şirkətinin Londonda satılan səhmləri bazar ertəsi günü 62.8% ucuzlaşıb.

Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan ilk oliqarxlardan biri olan Gennadi Timçenko bu il sərvətinin demək olar ki yarısını – $10.2 milyard itirib. “Novatek”in səhmdarı Leonid Mikhelson 2022-ci ildə sərvətindən $10.2 milyardı silinib.

Banker.az olaraq sizə həmin indeksdəki son dəyişmələri təqdim edirik:

432423423

Son xəbərlər
Digər xəbərlər