6 C
Baku
Sunday, December 15, 2024

Rusiya valyutasını ilin sonuna nələr gözləyir?

Cari ilin mart ayında koronavirus pandemiyası və neftin qiymətinfəki kəskin eniş Rusiya rublunun məzənnəsinin ABŞ dolları qarşısında 4 illik minimum yeniləməyə məcbur edib. Lakin, cari ilin ikinci rübün ilk günündən bir qədər rubl dollar qarşısında əhəmiyyətli artımla başlayıb. Belə ki, USD/RUR cütlüklərinin məzənnəsi 78,67-dən (1 aprel) 76,57 (3 aprel) səviyyəsinə qədər azalmalı olub – bu 2,7% Rus valyutasının möhkəmlənməsi deməkdir.

Banker.az bildirir ki, bu barədə “Reuters” yazır.

Bu artımın səbəbi ABŞ prezidentinin də stimul verdiyi OPEC+ alyansının neftlə bağlı “müharibəni” bitirib, qiymət artımı ilə bağlı hasilatın azaldılması ilə bağlı danışıq masasına oturulacağı xəbərlər sonrası baş tutub. Belə ki, neft bir gün ərzində mühüm artımla 1 barel üzrə dəyəri iyun fuçerslərində 33 dolları (Brent) bahalaşıb.

Dünya birjalarında neftin qiyməti bərpa olunması ilə bağlı siqnal gəlməsinə rəğmən, Rusiya Bankının analitikləri koronavirus pandemiyası və dünya iqtisadiyyatında baş verən mühüm dəyişikliklərə görə bir qədər gözləmə mövqeyinə keçiblər.

Buna baxmayaraq, Rusiya valyutasının ilin ikinci rübündə hazırkı səviyyəsindən Rusiya Mərkəzi Bankının valyuta satışları sahəsində güclənəcəyi gözləniləndir.

“Biz rublun məzənnəsini ilin sonuna qədər artacağını gözləyirik, amma bir qədər sakit tempdə: 76 ikinci rüb, 73 üçüncü rübdə və 70 dollar/rubl son rübdə olacaqdır”, Mərkəzi Bankdakı  mənbə bildirib.

Rusiyanın Maliyyə Nazirliyi büdcədən bazara aprelin 7-dən may ayının 12-ə qədər 77,8 milyard rublluq valyuta satışını həyata keçirəcək, bu da öz növbəsində günlük 3,5 milyard olması deməkdir.

Hazırkı qiymətlə Rusiyanın xaricə ixrac etdiyi “Urals” neftinin 1 bareli 17-20 dollar aralığındadır.  Bu da ölkəyə 9-12 milyard rubl və ya 120-150 dollarlıq valyuta daxil olması deməkdir.

Hazırki katirovkalarda “Urals” nefti 19,70 dollar/barel səviyyəsinə ticarət olunur, 1 aprel tarixində isə 10,88 dollar/barel səviyyəsində ticarət olunmaqla 21 illik minimuma düşmüşdü.

Son xəbərlər
Digər xəbərlər