32 C
Baku
Monday, July 22, 2024

Rusiya XİN Ərdoğanın sülhməramlılarla bağlı bəyanatına münasibət bildirib

Ankara Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın tərəfi deyil.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsdə keçirilmiş NATO sammitində “Rusiya sülhməramlıları 2025-ci ilə kimi Qarabağ tərk edəcək” bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, məhz bu sənədin əsasında Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingenti yerləşdirilib:

“Məhz bu sənəddə sülhməramlı kontingentin qalma müddəti və növbəti beş illik müddətə mümkün uzadılması parametrləri dəqiq qeyd olunub.

Xatırladım ki, Rusiya sülhməramlıları Qarabağda vacib sabitləşdirici rol oynamağa davam edirlər. Onların əsas funksiyası atəşkəs rejiminin dəstəklənməsidir. Regiondakı mövcud gərgin vəziyyətin mövcudluğunu nəzərə alsaq, sülhməramlıların fəaliyyətinə daha çox tələbat var. Cənubi Qafqazda sülhün dəstəklənməsi Azərbaycan və Ermənistanın maraqlarına cavab verdiyi kimi, region ölkələrinin, o cümlədən Türkiyənin də maraqlarına cavab verir. Bununla əlaqədar türkiyəli həmkarlarımızla Ağdam rayonundakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki mövcud əməkdaşlığımızı qeyd edirik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər