25 C
Baku
Monday, April 29, 2024

Rusiya XİN: “ABŞ ilə münasibətlər hər an kəsilə bilər”

“Vaşinqtonun günahı ucbatından Rusiya ilə ABŞ arasında münasibətlərin hər an kəsilmək riski var”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin RF ilə ABŞ arasında diplomatik münasibətlərin bərpasının 90-cı ildönümü münasibətilə yaydığı açıqlamada bildirilib.

Açıqlamaya əsasən, Rusiya-ABŞ münasibətləri Vaşinqtonun təqsiri ilə hər an kəsilmək təhlükəsi ilə üzləşir, ancaq bu, Moskvanın seçimi deyil.

Nazirlik qeyd edib ki, RF ilə Ştatlar arasında münasibətlərdəki ən dərin böhranın əsas səbəbi Vaşinqtonun Moskva və Pekini qlobal səviyyədə cilovlamaq cəhdi ilə bağlıdır.

“Dünya səhnəsində qüvvələr balansını dəyişən tektonik geosiyasi dəyişikliklər fonunda Vaşinqton qlobal səviyyədə Moskva və Pekinə qarşı cilovlama siyasəti tətbiq edir. Son nəticədə Qərbin tətbiq etdiyi dünya nizamla böyük əksəriyyət razılaşmır”, diplomatik departament qeyd edib.

RF XİN vurğulayıb ki, Rusiya-ABŞ münasibətlərinin indi yaşadığı ən dərin böhranın əsas səbəbi budur. Açıqlamaya əsasən, ABŞ-ın məsuliyyətsiz addımları, Moskvanı “strateji məğlubiyyət”ə uğratmaq kimi doktrinal olaraq qarşıya qoyulan vəzifə də daxil olmaqla, eskalasiya fəlakətli nəticələrə gətirib çıxara bilər.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər