10 C
Baku
Tuesday, November 26, 2024

Rusiya XİN: “ABŞ-ın bir qrup diplomatı Moskvadan çıxarılacaq”

“ABŞ Rusiya diplomatlarına münasibətdə güzəştə getməzsə, 2022-ci il iyulun 1-dək ABŞ diplomatik missiyasının daha bir qrup əməkdaşı Rusiyanı tərk edəcək”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 1-də keçirdiyi brifinqdə bildirib.

“Biz ABŞ-ın tələblərini ölkədən çıxarmaq kimi qəbul edirik və onlara uyğun cavab veriləcək. 2022-ci il yanvarın 31-dək Rusiyada üç ildən artıq ezamiyyətdə olan ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşları ölkə ərazisini tərk etməlidir. Bu, bizim seçimimiz deyil. Bizi belə oyuna ABŞ cəlb edib”, – o deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər