Regiondakı nizamlanmanın əsasını Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatlar təşkil edir.
Bunu Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı Rusiya tərəfinin mövqeyi Rusiya XİN-nin bəyanatında öz əksini tapıb. Daha ətraflı mövqe isə Rusiya XİN-nin dördüncü MDB departamentinin rəisi Denis Qonşarın müsahibəsində öz əksini tapıb. Təəssüflər olsun ki, atəşkəs haqqında birinci razılaşmadan sonra atışmalar olub. Dünən yeni razılıq əldə olundu. Ümid edirik ki, bu razılığa riayət olunacaq. Bir daha tərəfləri təmkinli olmağa və bütün problemləri siyasi diplomatik yolla həll etməyə çağırırıq.