2 C
Baku
Saturday, December 14, 2024

Rusiya XİN başçısı Qərbi ittiham edib

Zelenskinin nüvə silahı ilə bağlı bəyanatlarına baxmayaraq, NATO və Avropa Ukraynanın “havası ilə oynayır” və Kiyevi silahla təchiz etməyə davam edir.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bildiyiniz kimi, dünən “Avropa siyasi birliyi”nin sammiti çağırıldı və Avropa İttifaqı diplomatiyasının rəhbəri Borrell qürurla elan etdi ki, təhlükəsizlik strukturunun formalaşma prosesi Rusiyanın iştirakı olmadan başlayır. Ümumiyyətlə, onlar sadəcə olaraq Kiyev “nə hava çalır, ona rəqs edirlər” və Ukraynada hələ də hakimiyyətdə olanların sərsəm fantaziyalarını təşviq edirlər”, – Rusiya XİN başçısı vurğulayıb.

Lavrov Zelenskinin açıq nüvə ambisiyalarına görə Qərbin məsuliyyət daşıdığını da söyləyib: “Həm ABŞ, həm də onun müttəfiqləri Zelenskinin açıq elan edilmiş nüvə ambisiyalarına baxmayaraq, onu silahla təchiz edərək beynəlxalq gərginliyin təhlükəli artmasına görə məsuliyyəti öz üzərinə götürürlər”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər