26 C
Baku
Sunday, April 28, 2024

Rusiya XİN-in xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Cənubi Qafqaz regionuna səfər edəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Xovayevin Ermənistan və Azərbaycan səfəri yaxın zamanda baş tutacaq.

XİN rəsmisi qeyd edib ki, Rusiya regionda vəziyyətin sabitləşməsi üçün Azərbaycan və Ermənistan tərəfləri ilə təmasları dəstəkləyir.

“Bu təmaslar həm siyasi səviyyədə, həm də sülhməramlı kontingent səviyyəsində gedir. Əlbəttə ki, çox şey tərəflərin özündən, onların siyasi iradəsindən, bir-birinə qarşı güzəştlərə getməyə hazır olmasından asılıdır. Biz öz tərəfimizdən bütün lazımi səyləri göstəririk”, – Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova ötən il Laçın yolunun marşrutunun dəyişməsindən də danışıb. O bildirib ki, bu marşrut 9 noyabr 2020-ci il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı əsasında dəyişib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər