23 C
Baku
Thursday, April 25, 2024

Rusiya XİN: “Lavrovla Blinkenin danışığı ilə bağlı müraciət daxil olmayıb”

Rusiya tərəfi Vaşinqtondan ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqları ilə bağlı heç bir müraciət almayıb.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər.

“Mətbuatda yazılanlardan başqa heç bir müraciət olmayıb. Biz meqafonla deyil, adi diplomatik təcrübəni rəhbər tuturuq”, – deyə XİN-dən bildirilib.

Xatırladaq ki, daha əvvəl ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarının baş tutacağını gözlədiyini bildirmişdi.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər