Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanda keçirilən “Noble Partner 2022” təlimlərində NATO-nun ağır hərbi texnikasının Avropadan Gürcüstana gətirilməsinə münasibət bildirib.
Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar təlimlər zamanı ağır hərbi texnikanın Gürcüstana gətirilməsinə Moskvanın diqqət çəkdiyini söyləyib.
Onun sözlərinə görə, Moskva Gürcüstanın NATO-ya cəlb edilməsi istiqamətində davam edən kursu və onu müşayiət edən fəaliyyəti, o cümlədən, ABŞ və alyans ölkələrinin iştirakı ilə Gürcüstanın ərazisində müntəzəm hərbi təlimlər keçirmək vasitəsilə onun müasir silah növləri ilə təchiz olunmasını görür: “Bu, təkcə Rusiyanın maraqlarına və bizim regiondakı müttəfiqlərimizə meydan oxumaq deyil, həm də bütövlükdə Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə ciddi təhdiddir”.