10 C
Baku
Thursday, December 12, 2024

Rusiya yeni raket sınağı həyata keçirib

Rusiya Müdafiə Nazirliyi Qazaxıstanın Sari Şaqan poliqonundan yeni raket buraxdıqlarını açıqlayıb.

Bununla bağlı Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Açıqlamada bildirilib ki, Qazaxıstanın Sari Şaqan poliqonunda Rusiya hava və raketdən müdafiə bölmələrinin döyüş komandası tərəfindən hazırlanan yeni raket sınaqdan keçirilib.

Bildirilib ki, raket Rusiya hava hücumundan müdafiə sistemi üçün hazırlanıb.

Raketin göstərilən hədəfi istənilən zərbə ilə vurduğu qeydə alınıb. Sınaq edilən raketin xüsusiyyətləri barədə məlumat paylaşılmayıb.

 

Son xəbərlər
Digər xəbərlər