15 C
Baku
Friday, March 29, 2024

Rusiya yükdaşımaların yeni üsullarını araşdırır

Rusiya yeni logistika sxemləri və məhsulların çatdırılmasının yeni üsullarını inkişaf etdirmək niyyətindədir.

Bu barədə “RJD-Partnyor” jurnalına “STS Logistics” şirkətinin inkişaf üzrə direktoru Vladimir Doroxov deyib.

“Bəli, indi biz fəal şəkildə yeni çatdırılma marşrutlarını inkişaf etdiririk və marşrutlar üzərində işləyirik – Türkiyə, Özbəkistan, Qazaxıstan, Azərbaycan və hətta Ermənistan logistika sxemləri üçün öz variantlarını təklif edir”, – deyə V. Doroxov qeyd edib.

Onun sözlərinə görə, indi malların göndərilməsində çətinliklər var ki, bunları dörd əsas komponentlə xarakterizə etmək olar.

“Birincisi, yük sahibləri və istehsalçılar müxtəlif səbəblərdən hətta əvvəlcədən ödənilmiş yükləri də çatdırmaqdan imtina edirlər. İkincisi, Avropa tədarükçüsü yükü çatdırmağa hazır olsa belə, Avropa gömrüyü onu məhdudlaşdırır, ixrac bəyannaməsini vermir, başqa sözlə, malın birbaşa Rusiyaya ixracına imkan yaratmır. Üçüncüsü, sığorta şirkətləri tərəfindən təkrar sığorta hazırda mürəkkəbləşib. Rusiya şirkətlərini sığortalamaq olar, amma sual tariflərdən gedir – bu, neçəyə başa gələcək? Dördüncüsü, daşıyıcının birbaşa imtinasının səbəbi çatdırılmanın mümkünsüzlüyüdür”, – V. Doroxov hesab edir.

Alternativ daşıma marşrutlarına gəlincə, ekspert bildirib ki, Çindən keçən quru marşrutlar çox populyarlaşır.

“Cənuba gedən marşrutları nəzərə alsaq, bu gün Hindistandan praktiki olaraq bir alternativ çatdırılma marşrutu var – Şimal-Cənub dəhlizimiz, İrandan tranzit. Amma İran üzərindən multimodal daşımalar işləmir. Əgər hər hansı bir şəkildə məhsulları cənubdakı Bəndər-Abbas limanına çatdırmaq mümkün olarsa, sonradan konteynerləri avtomobillə ya Astaraya (Azərbaycan), ya da İranın server limanlarına, məsələn, Ənzəliyə daşımaq və konteynerlərdən ya tent, ya da gəmilərə yükləmək olar. Onlar isə Xəzərdən keçirlər. Bu texnologiya köhnəlmiş olsa da, işləyir”, – deyə V. Doroxov əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər