7 C
Baku
Thursday, December 12, 2024

Rusiya Yuxarı Lars keçid məntəqəsində giriş-çıxışa nəzarəti gücləndirib

Rusiya Gürcüstanla sərhəddə Yuxarı Lars keçid məntəqəsinə giriş-çıxışa nəzarəti gücləndirir.

Bunu Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan deyib.

O, bunu Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikovun da iştirak etdiyi erməni sahibkarlarla görüşdən sonra açıqlayıb.

Onun sözlərinə görə, Krım körpüsündə törədilən terror aktından sonra keçid məntəqəsində nəzarət gücləndirilib.

Nazir əlavə edib ki, artıq Reşetnikovla keçid məntəqəsində yüklərin daşınması üçün daha sərbəst icazənin bərpası məsələsini müzakirə edib və hazırda orada böyük növbələrin yarandığını qeyd edib.

O, həmçinin Gürcüstanın Poti ilə Rusiyanın Kavkaz limanı arasında alternativ bərə reyslərinin açılmasının zəruriliyini və hava yüklərinin daşınmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, oktyabrın 12-də Krım körpüsündə terror aktının hazırlanmasında iştirak etdiklərinə görə səkkiz nəfərin saxlanılması barədə məlumat yayılıb.

Onların arasında beş Rusiya, üç Ermənistan və Ukrayna vətəndaşı da var.

FTX-nin məlumatına görə, partlayıcı qurğunun çatdırılma marşrutu Bolqarıstan, Ermənistan və Gürcüstan ərazilərindən keçib.

Son xəbərlər
Digər xəbərlər